Məlum olduğu kimi, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində güzəştli mənzil satışını həyata keçirməsi ciddi narazılıqlar yaratdı. Səbəb isə 442 mənzilin bir neçə saniyədə satılması idi.
DİA.AZ xatırladır ki, dünən yayılan xəbərlərdə isə mənzil seçimində iştirak edən 9 minə yaxın müraciətçinin çoxu seçim prosesinin şəffaf keçirilmədiyi qənaətində olduğu bildirildi. Bu barədə sosial şəbəkələr vasitəsi ilə ciddi narazılıqlar ifadə olunur.
Güzəştli mənzillərin bu qədər qısa zamanda satılmasının "xüsusi proqram təminatından" istifadə ilə mümkün olduğu deyilir.
Qeyd edilir ki, "uVision", "Mousereader" kimi proqramlardan istifadə edilib və bunun üçün xüsusi “proqramçı”lar tutulub.
Mütəxəssislər də deyir ki, əgər mənzillər 5-6 saniyəyə seçilirsə, deməli həmin adamlar hansısa "proqramdan" istifadə ediblər.
Məhz bu kimi iddialardan sonra araşdırmalar başlayıb. Bu günə qədər yüzlərlə insanın xüsusi proqramlardan istifadə etdiyi üzə çıxıb.
Məlumata görə artıq ev alan şəxslər arasında xüsusi proqramlardan istifadə etmiş şəxslər də müəyyən edilib və onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindirilir.
Həmçinin onu da bildirək ki, xüsusi “proqramçı”lara mənzil qazanmaq üçün 10-15 min manat civarında və ya daha artıq pul ödəyən şəxslər də var ki, onların bir çoxu aldadılıb. Bir qrup “proqramçı” pulları alaraq aradan çıxıb. İndi həmin vətəndaşlar da zərərçəkmiş kimi hüquq-mühafizə orqanlarına üz tutublar.
DİA.AZ bildirir ki, bu gün isə sosial şəbəkələrdə artıq MİDA rəhbərliyində həbslərin həyata keçirildiyi iddia olunub. Qeyd edək ki, bəzi şəxslərin adları çəkilir və MİDA rəhbərliyinə aid olan bu vəzifəlilərin saxlanıldığı deyilir.
Biz isə, dia.az olaraq dəqiqləşdirmə aparmağa çalışsaq da, dəqiq bilgilər əldə edə bilmədiyimizdən həbs olunduğu deyilənlərin kimliyini açıqlamırıq.
Əlavə bilgilərimiz olacaq. Biz izləməyə davam edin...
MİDA rəhbərliyində həbs olunanlar var? - Belə deyirlər...
14
aprel
15:18
Qarabağ
KOMMENTLƏR
MİDA-dakı “5 saniyə” qalmaqalına görə araşdırma başladı- “Proqram”çılar və ev alanlar dindirilir EKSKLÜZİV
MİDA-nın mənzil satışına müdaxilə edənlər - haker, yoxsa...
"Güzəştli mənzillərin 60%-i qeyri-qanuni yolla alınıb" - MİDA
MİDA-da ard-arda YOXLAMALARA başlanıldı
DTX qeyri-qanuni yolla mənzil almaq istəyənlərə XƏBƏRDARLIQ ETDİ
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı