Naxçıvanda dövlət qeydiyyatına alınmış şəkər xəstələrinə pulsuz dərman verilməsində problemlər yaradılır. Əsasən yataq xəstəsi olanlar bu dərmanları almaqda çətinlik çəkirlər. Dia.az xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a həmin xəstələrin ailə üzvləri məlumat verib.
Şikayətçilərin sözlərinə görə, dərmanları almaq üçün, onlardan ağır yataq xəstələrin xəstəxanaya aparmaları, yaxud da ayda bir dəfə notariusdan etibarnamə gətirmələri tələb olunur. Yəni, xəstə notarius yolu ilə təsdiq etməlidir ki, ailə üzvlərinin onun dərmanlarını almasına etiraz etmir.
Kəngərli rayon sakini F. Quliyev deyir ki, artıq çəki və yüksək təzyiq problemi olduğu üçün, şəkər xəstəsi olan anası yataqdan dura bilmir. Buna baxmayaraq, pulsuz dərmanı almaq üçün, ayda bir dəfə onu Kəngərli Rayon Xəstəxanasına aparmalı olur:
" Çox çətinliklə yataqdan qaldırıb, xəstəxanaya apara bilirik. Çünki, orda deyirlər hər dəfə biz xəstənin özünü görməliyik, ya da notariusdan etibarnamə gətirib, pulsuz dərmanı ala bilərsiniz. Yoxsa dərman verə bilmərik. Axı mən onun oğluyam, niyə anam mənə etibarnamə verməlidi? Etibarnamə almaq üçün də ağır xəstəni hər ay notariusa aparmalısan. Gəlib evdə etibarnamə yazmaq üçün isə, 30-40 manat artıq istəyirlər. O dərmanları mən aptekdən 20-30 manata ala bilərəm. Niyə notariusa pul verməliyəm? Məcbur qalıb, hər ay 10 manat taksiyə verib, anamı çətinliklə yataqdan qaldırıb, xəstəxanaya aparam. Orada tibb bacısı gəlib anamı şəxsiyyət vəsiqəsindəki şəkli ilə tutuşdurur, sonra dərman verirlər. Tək mən deyiləm. Rayonda bir neçə nəfər bu cür xəstə var ki, hər ay eyni problemi yaşayır. Məqsədləri odur ki, bizi bezdirsinlər, gedib pulsuz dərmanı almayaq, satıb ciblərinə qoysunlar".
Məsələ ilə bağlı Kəngərli rayon Xəstəxanasından münasibət öyrənmək mümkün olmadı.
Naxçıvan səhiyyəsində ÖZBAŞINALIQ... - "Niyə notariusa pul verməliyəm?"
19
aprel
10:37
Qarabağ
KOMMENTLƏR
“Pulsuz dərmanlar məni heç 10 gün görmür” - GİLEY
“Xəstəxanada dedilər 17 manat girişə ödəməlisiz, 10 manat müayinəyə”
“Şəkər xəstələrinin vurduğu insulinin birini verib, digərini verməmək günah deyilmi?!“
COVID-19-a yoluxan Aytən Səfərovadan şikayət: "Dərmanı da gətirmirlər"
"COVİD xəstələrinə ağıllarına gələn dərmanı vururlar" - Həkim dərmanların adlarını açıqladı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı