Bu gün 4 saylı DOST Mərkəzinə müraciət edən bir neçə müharibə veteranı qəbul olunaraq müraciətləri dinlənilib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sözçüsü Rəşad Mehdili sosial şəbəkə hesabında paylaşım edib.
“Müraciətlər əsasən əlilliyə görə sığorta ödənişləri ilə bağlı olub. Bununla əlaqədar onlara bildirilib ki, Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) dövlət icbari şəxsi sığorta sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Dövlət Sosial Müdafiə Fonduna həvalə olunub.
Sığorta olunan şəxslərə həmin vaxtdan sonra baş vermiş sığorta hadisəsinə görə ödənişi Fond həyata keçirir. 2022-ci il yanvarın 1-dək baş vermiş sığorta hadisəsinə görə isə sığorta ödənişi verilməsi qanunvericiliklə “Azərsığorta”nın səlahiyyətindədir.
Müharibə veteranı, Ağcabədi rayon sakini Cəfərov Qadir Habil oğlu müraciəti isə əlilliklə bağlı olub. Ona bildirilib ki, tibb müəssiəsi tərəfindən onunla bağlı göndəriş (forma 88) e-sistemə 2 gün öncə daxil edilib. Yaxın günlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinə ediləcək və əlilliyinin qiymətləndirilməsinin nəticəsi olaraq müvafiq qərar veriləcək.
Əlilliyinin qiymətləndirilməsinin gecikdiyini qeyd edən Lənkəran rayon sakini Cabbarlı Vüsal Güləli oğluna isə bir neçə gün əvvəl əlillik təyinatı aparılıb və bu barədə ona məlumat verilib”, - paylaşımda bildirilib.
Şikayəti olan qazilər dinlənildi
20
aprel
17:49
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı