“Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşının yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə bağlı yayılan görüntülər araşdırılır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat yayıb.
Onun sözlərinə görə, operativ nəqliyyat vasitələrinin sürücüləri - yol polisi, təcili tibbi yardım avtomobilinin sürücüləri, yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə, bəzi hallarda yol hərəkəti qaydalarını poza bilərlər.
“Təhlükəsizlik qaydalarına riayət etməklə pozulan qaydalar mütləq nəzərə alınır. Əgər qaydalara riayət olunmazsa, o zaman qaydaları pozan YPX əməkdaşları da cəzalandırılırlar. Yayılan görüntülərlə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb. Məsələyə hüquqi qiymət veriləcək”-deyə o qeyd edib.
скачать dle 12.1