İqtisadi.az xəbər verir ki, son aylar dünyada və ölkədə baş verən fövqaladə vəziyyət, həm də, sahibkarların fəaliyyətinə təsirsiz ötüşməyib. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə sahibkarların itkilərini minimuma endirmə proqramı qəbul olundu və ciddi nəticələr verdi. Prezident, həmçinin, bütün aidiyyatı qurumlara ciddi şəkildə tapşırıq verərək, süni əngəllərin aradan qaldırılması, özbaşınalıqlara son verilməsi ilə bağlı göstərişlır verdi. Təəssüf hissi ilə qeyd edirik ki, bəzi qurumlar bu tapşırıqlara, yumşaq desək, məhəl qoymurlar.
İqtisadi.az saytına daxil olan şikayət əsasında "Grass" MMC şirkətinin rəsmisi Səhiyyə nazirliyinin iki qurumu arasında, çıxılmaz vəziyyətdə qaldıqlarını bildirib: "Biz Səhiyyə nazirliyinin iki qurumu arasında qalmışıq. Gigiyena sertifikatı ilə bağlı problem 45 gündür ki, həllini tapmır. Əvvəllər Səhiyyə nazirliyi nəzdində olan Sanitariya Karantin İdarəsi dezinfeksiya məhsullarına Gigiyena sertifikatını 3-5 gün ərzində verirdi. İndi isə, həm də, Səhiyyə Nazirliyinin Kollegiyasının 93 saylı qərarına əsasən 14 oktyabr 2019-cu il tarixindən Analitik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsi kimi fəaliyyət göstərən mərkəzdən rəy alınmalıdır. Rəyin alınması üçün bütün tələb olunan sənədləri təqdim etsək də, bir sıra, əlavə, işəaid olmayan sənədlər tələb olunur. Bizim 20-yə yaxın işçimin var, nümunəvi vergi ödəyicisiyik, Prezident İlham Əliyevin çağırışlarından ruhlanaraq sağlam biznes qurmuşuq. Ancaq Analitik Ekspertiza Mərkəzinə görə ciddi problemlərimiz yaranıb.”
Məsələ ilə bağlı iqtisadi.az olaraq Analitik Ekspertiza Mərkəzinin rəyini öyrənmə çalışsaq da, nəticəsi olmamışdır.
Analitik Ekspertiza Mərkəzindən ÖZBAŞINALIQ - Sahibkarlar çətin durumda
31
avqust
18:33
Qarabağ
KOMMENTLƏR
“Bir ölkədə iki səhiyyə nazirliyi ola bilməz”...
TƏBİB-lə Nazirlik arasında nə baş verir? –Rauf Nağıyev işdən çıxarılıb, amma...
"Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbaycanın möhtəşəm nailiyyətlər qazanmasını təmin edib"
İsrailin səhiyyə naziri istefa verdi — Koronavirusa görə
Binədəki qəzada yaralananlarla bağlı Oqtay Şirəliyev xüsusi tapşırıq verdi
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı