Sosial şəbəkədə xoşagəlməz görüntülər yayılıb.

Baku.ws xəbər verir ki, "TikTok"da paylaşılan videoda göründüyü kimi 4 yeniyetmə oğlan bir nəfəri təkləyib. Onun şərəf və ləyaqətini alçaldırlar və bunu telefonla çəkirlər.

Onlar oğlandan üzr istəməsini tələb edirlər. Daha sonra gənclərdən biri həmin oğlana yumruq atır.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, məsələ araşdırılacaq və ətraflı məlumat veriləcək.

Qeyd edək ki, video aşağıda təqdim etdiyimiz "TikTok" səhifəsində paylaşılıb və bir müddət sonra silinib.