Toylarda pul yığımının adət etdiyimiz kimi deyil, elektronlaşdırlmış yeni üsulla həyata keçirən aparat barədə sosial şəbəkələrdə paylaşım edilib.
Məsələ ilə bağlı Trend-ə şirkətin direktoru Elşən Quliyev bildirib ki, “TOYPAY” adlı elektron terminallar və proqram təminatı toy məclislərində hədiyyə ödənişlərin yığımını asan şəkildə həyata keçirməyin müasir üsuludur.
"Şirkətin təqdim etdiyi xidmət şadlıq sarayı vasitəsilə toy sahiblərinə elektron terminalların icarəsini həyata keçirməyə imkan verir. Terminal seçimi toy sahibindən aslı olacaq. Məcbur deyil. Restoranlar belə bir aparatı bir toy üçün 200 manata kirayələyə bilər. Terminallar manatla yanaşı dollar və avro da qəbul edəcək”.
E.Quliyev bildirib ki, "Toypay” ilə pul yazdırmaq istəyən qonaq, terminalın ekranında dil seçimini edir, ad, soyadını və qeyd bölməsini doldurur, təbriklərini qeyd etdikdən sonra məbləği daxil edir və çek əldə edir. Bu anda ev yiyəsinə email ilə bildiriş göndərilir ki, filan şəxs sizin toyunuza bu məbləğdə (məsələn 200 AZN - red) pul yazdırdı. Toy bitdikdən sonra isə ev yiyəsi rahat bir şəkildə bütün məlumatları təhvil alır və artıq saymağa ehtiyac olmadan sonda nə qədər məbləğin toplandığını bilərək həmin məbləği terminalın seyfindən əldə edir.
Azərbaycanda toylarla bağlı YENİLİK
28
aprel
17:33

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat