Bakının əsas və qədim kəndlərindən olan Əmircan qəsəbəsində də təmir-bərpa və abadlıq işləri başlayıb.
Bu barədə Trend-ə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyev bildirib.
Onun sözlərinə görə, abadlıq və bərpa işləri artıq üç aydır ki, davam edir:
“Hazırda ərazidə 6 briqada fəaliyyət göstərir ki, onlardan 5-i təmir işlərinə ayrılıb, digər briqada isə kommunikasiya xətləri çəkir. Yaxın vaxtlarda Əmircanın bütün işıq, su, qaz, kanalizasiya və rabitə xətləri yenilənəcək. Yolların bir qismi qəmbər daşla, digər hissəsi isə asfaltla örtüləcək”.
Ə.Əliyev qeyd edib ki, qəmbər daşların düzülməsi müəyyən vaxt aparacaq:
“Yerin altından keçən kommunikasiya xətləri müasir səviyyədə qurulmalıdır. Belə ki, gələcəkdə bu xətlərdə problem yaranarsa, qəmbər daşları yararsız hala sala bilər. Ona görə də, daşlar düzülməmişdən öncə həmin yollar maksimum səviyyədə bərpa olunmalıdırlar. Düşünürük ki, qəmbər daşları daha çox köməkçi yollara düzək, çünki əsas yoldan avtobuslar və ağır yük maşınları keçir, bu da daşlara ziyan vura bilər. Avtomobillərin daha çox keçdiyi yollar asfaltla örtüləcək”.
İcra nümayəndəsinin sözlərinə görə, bu cür işlər Balaxanıda da aparılıb və ora artıq sakinlərin sevimli məkanına çevrilməkdədir:
“Əmircanda işlər Balaxanıdakından çox çəkəcək. Çünki ərazi baxımından Əmircan daha böyükdür. Hazırda qəsəbənin qədim divarlarında da restavrasiya işləri görülür. Malalar çapılır, sonra daşların arası xüsusi məhlulla təmizlənir, ardından üzərinə müəyyən kimyəvi məhsul çəkilir ki, onların qədimliyi üzə çıxsın. Yeni mişar daşlarından hörülən hasarlara aqlay vurulur, bəzi hasarlar isə fransız boyaları ilə boyanacaq. Əmircanda qədimlik müasirliklə birləşəcək”.
Bakının bu qəsəbəsi də Balaxanı kimi təmir olunacaq
01
sentyabr
14:39
Qarabağ
KOMMENTLƏR
Mir Cəlal küçəsi istifadəyə verilib
Niyazi Bayramov şəhərdə aparılan abadlıq işləri ilə tanış oldu
“Səngəçal” Elektrik Stansiyasında “itirilmiş” 62 MVt güc
Prezident İlham Əliyev “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə bağlı sərəncam imzalayıb
Bakının mərkəzində yaradılan yeni yol qovşağı nə vaxt istifadəyə veriləcək? - Açıqlama
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı