Xəbər verdiyimiz kimi, Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi (MKTB) tərəfindən tender elanı yayımlanandan bir gün sonra yaranan şirkətin tenderdə qalib elan edilməsi ölkə miqyasında geniş müzakirə mövzusuna çevrilib.
Belə ki, Ağstafa MKTB ümumilikdə 47 min manat dəyərində olan son 3 satınalma müqaviləsini həmin şirkətlə bağlayıb.
MKTB-nin inrastrukturuna daxil olduğu Ağstafa Rayon İcra Hakimiyyəti mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq verdiyi açıqlamada isə sual doğuran məqamlara aydınlıq gətirmək yerinə məsuliyyətdən yayınaraq, Ağstafa Mənzil Təsərrüfatı Birliyini və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini hədəf göstərib.
Rəsmi açıqlamada deyilir:
“Məsələ ilə əlaqədar bildiririk ki, kotirovka sorğusu “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən deyil Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmişdir.
Nəzərinizə çatdırırıq ki, qeyd olunan bütün əməliyyatlar müraciət etmiş iddiaçılar tərəfindən aydın şəkildə izlənilə bilir. Əgər iddiaçılar tərəfindən hər hansı bir şikayət məktubu əsasında narazılıq irəli sürülərsə işə yenidən baxılır. Heç bir halda rəsmi qeydə alınmamış işlə bağlı maliyyələşmə açılmır. Satınalmaların düzgün həyata keçirilməsinin araşdırılması səlahiyyəti yerli icra hakimiyyəti başçısına deyil, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə aiddir. Satınalan təşkilat tenderdə iştirak etmək istəyən iddiaçı təşkilata məhdudiyyət qoya bilməz”.
İcra hakimiyyəti tərəfindən məsuliyyət sahiblərindən biri kimi göstərilən MKTB ilə əlaqə yaratmaq cəhdlərimiz isə nəticəsiz qalıb.
Xatırladaq ki, Etender.gov.az saytında dərc olunan məlumata görə, Ağstafa MKTB tərəfindən elan edilən tenderlərin qalibi “Palma-Z” MMC (VÖEN – 3601462631) olub. Belə ki, elan 04.04.2022-ci il tarixində verilib. Tender müsabiqəsinin qalibi olan “Palma-Z” MMC 05.04.2022-ci il tarixində, yəni tender elanından bir gün sonra dövlət qeydiyyatına alınıb.
Maraqlıdır ki, “Palma-Z” MMC-nin Hüquqi ünvanı Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədova İradə Bayram qızıdır.
“Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində isə malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Ekspertlərin sözlərinə görə, tender elanından sonra yaradılan şirkətin hər hansı təcrübəyə malik olmasının reallıqdan uzaq olduğunu nəzərə aldıqda, qanunvericiliyin tələbinin pozulduğu aydın görünür.
Mövzunu davam etdirəcəyik.
Bizim.Media
Ağstafa İcra Hakimiyyəti şübhəli tenderlə bağlı məsuliyyətdən niyə yayınır? - ARAŞDIRMA
11
may
16:06
Qarabağ
KOMMENTLƏR
Tender elanından sonra yaranan şirkət qalib oldu - Fotofakt
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Ağstafada tender maxinasiyaları - İcra Hakimiyyəti izi necə itirməyə çalışır?
Seymur Orucovun tender oyunları – İcra başçısı sələflərinin yolunu gedir
Ağstafa icra hakimiyyətinin şübhəli ortaqları... - Yeni başçı da köhnə başının yolu ilə gedir...
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı