"Uşaq pulu ilə bağlı bir neçə dəfə məsələ qaldırmışıq. Müharibədən əvvəl bu məsələ hökumətin gündəminə daşına bilmişdi. Hansı şəkildə verilib-verilməyəcəyi müzakirə olunurdu. Təəssüflər olsun ki, hazırda bu məsələ hökumətin gündəmində deyil".
Bunu açıqlamasında deputat Razi Nurullayev deyib. Deputat bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin həmin ərazilərə köçürülməsi məsələsi var.
"Hazırda neftin qiyməti qalxır və düşməsi üçün əsas yoxdur. Uşaq pulu məsələsinin yenidən gündəmə gəlməsi vacibdir. Azərbaycanda çoxuşaqlı ailələrə, müxtəlif kateqoriyadan olan həssas qruplara müxtəlif vəsaitlər ödənilir. Bütün bunların müqabilində sosial narazılığın dayanmadığını görürük. Hətta o yardımı alanlar belə narazıdır. Müxtəlif formada verilən sosial yardımları uşaqlı ailələrə nisbətdə dayandırmaq, ailələrə uşaq pulu təyin etmək vacibdir. Ölkəmizə qaz və neftdən gəlirlər daxil olur. İnsanların bundan gözləntiləri var ki, onu uşaq pulu şəklində evində görsün. Uşaqlar bizim gələcəyimizdir".
Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu belə əsaslandırdı ki, deyilən şəkildə bu ödəniş verilsə, haradasa 4 milyard manata yaxın vəsait edir.
"Məsələ burasındadır ki, yeni doğulanlardan 18 yaşına qədər olan uşaqlara bu pul verilsə, deyilən məbləğ olacaq. Onun da yolu var. Belə ki, bunu mərhələli şəkildə etmək olar. Təklif edərdim ki, ilk olaraq 1-3 yaşında uşaqlara həmin ödənişin verilməsi gələn ildən etibarən büdcəyə salınsın. Eyni zamanda bütün yeni doğulan uşaqlara 3 yaşına qədər pulsuz uşaq yeməyi verilməlidir. Bunun üçün məbləğ müəyyənləşdirilə bilər".
Azərbaycanda uşaq pulu bərpa oluna bilərmi? - Açıqlama
18
may
16:48
Qarabağ
KOMMENTLƏR
Uşaqpulu yalnız bu ailələrə verilə bilər - AÇIQLAMA
“Ünvanlı sosial yardım dayandırılsın, uşaq pulu verilsin” – Deputat
“Hər uşaq üçün ən azı 100 manat verilməlidir” - Təklif
"Uşaq pulu ilə bağlı məsələ müzakirə obyektidir" - Deputat
“Uşaq pulu”na son qoyuldu: - “Bu məsələni aktuallaşdırmağın əhəmiyyəti yoxdur”
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı