Ana olmağa hazırlaşan prodüser Təranə Səmədova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında uzun illərdir həbsdə olan Faiq Azayev və Fərid Azayev qardaşlarının azadlığa buraxılamsı ilə bağlı məlumat paylaşıb:
"Bu günə çox şükür. Faiq Azayev, Fərid Azayev... Bu görüntüyə çox sevinənlər də olacaq, hədsiz üzülən də olacaq, amma, mən anamın yoxluğundan sonra həyatımda yaranan bir boşluğun dolduğunu məhz bu gün hiss elədim, içimdə tamamlanmışlıq hissi yaşayıram, buna görə Yaradana təşəkkür edirəm, təbii ki, sizə də... Azadlığın mübarək, Faiq Azayev".
Qeyd edək ki, 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Faiq Azayev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, mətbuatda əvvəllər Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın, Fərid Azayevlə isə Təranə Səmədovanın sevgili olduqları yazılır.


скачать dle 12.1