Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun Komitə sədri seçilib.
Mayın 24-də UNESCO-nun baş qərargahında Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CİGEPS) fövqəladə iclası keçirilib.
İclasın keçirilməsində əsas məqsəd Komitənin Büro üzvlərinin və sədrinin seçilməsi olub. Qəbul olunmuş qərara əsasən, Komitənin 18 üzvü arasından Azərbaycan, Fransa, Venesuela, Şri-Lanka, Madaqaskar və Qətər Komitənin büro üzvləri seçiliblər. Daha sonra isə Komitənin sədri vəzifəsinə seçkilər keçirilib. Yekdilliklə qəbul olunmuş qərara əsasən, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri seçilib.
İclas zamanı Azərbaycan Respublikasının UNESCO yanında Daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək, bütün Komitə üzvlərinə verdikləri dəstəyə görə Azərbaycan Hökuməti adından təşəkkürünü bildirib, Azərbaycanın sədrliyi müddətində Komitənin işinin daha da effektiv həyata keçirilməsi istiqamətində bütün Komitə üzvləri ilə sıx əməkdaşlıq edəcəyini qeyd edib.
Qeyd etmək istərdik ki, sözügedən Komitə, bütün dünyada bədən tərbiyəsi və idman sahəsinə aid siyasət və proqramların üzv ölkələri arasında effektiv həyata keçirilməsini təşviq edən UNESCO-nun yeganə Komitəsidir.
Fərid Qayıbov yeni vəzifəyə SEÇİLDİ
24
may
17:02
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı