Qazax Rayonu Üzrə Maliyyə İdarəsinin rəisi Elçin Rzayev sahibkardır. Halbu ki, qanunlarımızın aliliyi məmurun sahibkarlıqla məşğul olmasına icazə vermir.
Elçin Rzayev isə guya həmin var-dövləti atasından qalmasını dilə gətirir. O da məlumdur ki, Elçin Rzayev Kənd Təsərrüfatı Nazirliyinin Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) müavin işləyərkən kənd təsərrüfatın inkişafına xeyirdən çox ziyan gətirmişdir. Texnikalardan birinci olaraq, yalnız öz əkin sahələrinin becərilməsində istifadə etdi. Hazırda Elçin Rzayevin Qazaxın Qazaxbəyli kəndinə yaxın ərazidə ferması, hektarlarla əkin sahəsi, o cümlədən 3 hektar kartof sahəsi vardır. Görəsən vətəndaşlara xidmətdən çox öz əkin-biçininə daha artıq vaxt ayıran maliyyə idarəsinin rəisi nə üçün dövlət qanunlarına əməl etmir?
GundemXeber.Az-ın apardığı araşdırmalar əsasında məlum olub ki, Samir Şərifovun Qazax rayonu üzrə maliyyə idarəsinin rəisi həm də sahibkarlığı çərçivəsində var-dövlətini qorumaq üçün, bu vəzifəsindən sui istifadə hallarına daha çox yol verir. Ona dövlət tərəfindən ayrılmış “NİVA” markalı maşın dövlətin işindən çox, Elçin Rzyevin təsərrüfat işlərinə yarayır. Bu işdə çoxlu yanacaq sərfi, sürücü əməyindən istifadə edilir.
Elçin Rzayevin maliyyə pozğunluğu yaradan bəzi idarə və müəssislərlə əlbir işlədiyi də dilə gətirilir. Guya tenderdə qalib gəlmiş fiziki və hüquqi şəxslərlə öz marağında olanlarla işləməyi çoxdan adət edib. Lakin o, dövlət büdcəsindən ayrılan pulların hara xərclənməsini düşünmür. Necə deyərlər: “Ona çatan çatsın!” Elçin Rzayev vəzifəsindən Sui-istifadə etməklə vergi orqanlarının gözündən də yayına bilir. Yaşadığı kənddə sahibi olduğu, mağazalardan, torpaq sahələrindən, fermadan əldə etdiyi gəlirdən nə qədər vergi ödənişinə diqqət edilsə, çox güman ki, tezliklə məsuliyyətə cəlb olunar. Elçin Rzayev var-dövlətə sahib olmasının səbəbini atasından qalan kimi qiymətləndirirsə, bəs onun mənbəyi haradan olub? Yəqin ki, araşdırmalarımız öz nəticəsini verəcəkdir.
Qazaxda Samir Şərifovun rəis işçisi sahibkar çıxdı - ARAŞDIRMA
03
sentyabr
12:38
Qarabağ
KOMMENTLƏR
Ölkə ərazisində 56 min hektar sahədə səpin işi aparılıb
Qazaxa sahiblənmək istəyən Ramiz Mehdiyevin iş adamı kimdir?
İş adamı stadionu sökdürüb "Residence” tikdirir - FOTO+ VİDEO
Gəncə, Sumqayıt, Səbail, Yasamal, Xəzər, Nərimanov və İsmayıllıya yeni polis rəisləri təyin edilib
Prezidentdən 62 916 nəfəri sevindirəcək SƏRƏNCAM
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı