"Bəzi hallarda xəstəxanalar və ya poliklinikalar göndərişi daha keyfiyyətli yazırlar ki, həmin şəxslərə daha tez əlillik təyin olunsun. Son aparılan yoxlamada 100-dən çox uşağa daun sindromu diaqnozu ilə əlillik təyini edilmişdi. Növbəti yoxlamalarda isə həmin uşaqların daun sindromu olmayan sağlam uşaqlar olduqları üzə çıxarıldı”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.
O bildirib ki, həmin uşaqların saxta əlilliyinin qanunvericiliyə uyğun şəkildə ləvği ilə bağlı qərar qəbul edilib: "Tibb müəssisələri lazım olduğu halda göndərişi keyfiyyətli doldura bilirlər. Bir çox hallarda isə bilərəkdən, yaxud bilməyərəkdən, həmçinin məlumat qıtlığı səbəbindən vətəndaşı tez yola salmaq üçün müəyyən addımlar atırlar. Hamı bilməlidir ki, göndəriş yazılması dərhal əlillik təyinatı demək deyil. Dünyanın heç bir yerində əlillik təyini sadə proses sayılmır. Bəzən də Forma 88-də olmayan məlumatlar da yazılır. Artıq icbari tibbi sığortanın tətbiqi nəticəsində məlumat bazası vasitəsilə bütün məlumatlar əldə ediləcək. Yeni meyarların qəbulundan sonra saxta əlillik təyinatı məsələsi mümkün olmayacaq”.
Daun sindromu diaqnozu ilə əlillik təyini edilən 100-dən çox uşağın sağlam olduğu məlum olub
27
may
13:06
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı