Bakının Nizami rayonu ərazisində yerləşən Məlhəm Beynəlxalq Hospital fəaliyyətə başlayıb. Yeni istifadəyə verilən xəstəxana 120 nəfər həkim, 270 nəfər orta tibb işçiləri olmaqla 390 nəfər peşəkar həkim-mütəxəssis heyəti və müasir tibbi avadanlıqlarla beynəlxalq tibbi standartlara uyğun yüksək səviyyəli tibbi xidmət göstərəcək. Xəstəxana 100 çarpayılıq olmaqla, 28000 kv. metr sahəsi olan 5 mərtəbəli binada yerləşir.
Qaynarinfo xəbər verir ki, Məlhəm Beynəlxalq Hospital tam profilli xəstəxana olaraq vətəndaşlarımızın yüksək tibbi xidmət və qayğı ilə təmin olunması məqsədinə xidmət edəcək. Xəstəxanada ürək-damar cərrahiyyəsi, kardiologiya (invaziv və qeyri-invaziv), mama-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, qulaq, burun və boğaz xəstəlikləri, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, kosmetologiya, hemodializ, fizioterapiya-reabilitasiya, mərkəzi sterilizasiya kimi əsas tibbi xidmət sahələri fəaliyyət göstərəcək
Tam avtomatlaşdırılmış laboratoriya xidməti, həftənin bütün günləri 24 saat boyunca təcili tibbi yardım xidməti, müasir və ən üst səviyyə şüa diaqnostika avadanlıqları olan Məlhəm Beynəlxalq Hospital müasir və mükəmməl səviyyəli xəstəxanaya çevrilməkdə iddialıdır. Eyni zamanda, xəstəxanada xəstə və xəstə ziyarətçilərinin rahatlığının təmin edilməsi məqsədilə 200 yerlik qapalı avtodayanacaq da mövcuddur. Bütün bina ərazisində güclü havalandırma, yanğından mühafizə və videomüşahidə sistemləri təşkil olunub.
Dövlət başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində son illərdə sosial siyasətin başlıca istiqamətlərindən birini səhiyyə sektoru təşkil edir. Bu istiqamətdə icra olunan layihələrin tərkib hissəsi kimi vətəndaşların istifadəsinə verilən Məlhəm Beynəlxalq Hospital xəstələrin daim diqqət mərkəzində saxlanılmasını, onların hər birinə unikal müalicə tətbiq olunmasını və onların xüsusi diqqət, şəfqət və hörmət ilə əhatələnməsini qarşısına məqsəd qoyur.
Bakıda peşəkar həkimlərin bir araya gəldiyi beynəlxalq hospital fəaliyyətə başladı - FOTO
04
sentyabr
14:24
Qarabağ
KOMMENTLƏR
“MedEra Hospital”da ağzımı elə tikdilər ki, dodaqlarım açıq qalır yumulmur ...-ŞİKAYƏT
""Ege Hospital"da soyğunçuluq pik həddə çatıb" - NARAZILIQ...
Ayda 90 min qazanan cərrahlar, varlı pasientlər, dərman alveri-Gömrük Hospitalına giriş kasıblara yasaqdır?
Hərarəti yüksək olan 1 nəfər imtahana buraxılmadı
Tibbi maska satan şirkətdə silahlı insident: 4 nəfər güllələndi (FOTOLAR)
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı




