Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında keçirilən aksiya zamanı qapını sındıraraq içəri daxil olan, hadisədən sonra isə əlillik təyin edilən Elçin Verdiyevdən xəbər var.
Qazi Cebhe.info-ya açıqlamasında əlillik təyinatilə bağlı nazirliyin onu get- gələ saldığından gileylənib:
"Nazirlik mənə qapını sındırandan sonra əlillik təyin etdi. Bu, o demək deyil ki, mənim gözümdən pərdə asdılar. Narazılıqlarım var. Hazırda nazirliyə gedirəm, sənəd istəyiblər. Əlillik verilməyinə baxmayaraq, hələ də məni süründürürlər. Kartım verilməyib, bununla bağlı mənə deyilir ki, ora get, bura get".
Vaxtilə Hövsanda təkərlərin arasında yatan qazi hazırda kirayə qaldığını bildirib:
"Təkərlərin arasında yatırdım. Qazi yoldaşlarım sayəsində kirayəyə çıxdım. Aylıqlarını alanda kirayə pulumu ödəməyim üçün hərəsi 20-30 manat kömək edirlər. Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev bizim rəhbərimizdir, sağ olsun, köməkliyi dəyir. Bloqer Elçin Lənbəranski nazirliyin qapısı qırılandan sonra yalandan yazıb ki, guya mənə kömək edib. Həmin ərəfələrdə Hacı müəllim və qazilərlə məni təkərlərin arasından götürüb. Kirayə haqqımı da qazi qardaşlarım ödəyir".
Kirayə haqqının 230 manat olduğunu deyən qazi mənzil üçün kommunallarla birgə 300 manat ödədiyini bildirib. Ana- atasının rayonda yaşadıqlarını, ailəvi məsələyə görə onlarla əlaqəsiin olmadığını da qeyd edib.
Qeyd edək ki, bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında keçirilən aksiyada iştirak edən qazi Elçin Verdiyevə sözügedən hadisədən sonra əlillik dərəcəsi təyin edilib. Həmçinin, aksiya zamanı binanın mühafizəsində iştirak edən polis qapını sındıraraq içəri daxil olan Elçin Verdiyevi qucaqlamışdı. Polisin bu jesti sosial şəbəklərdə kifayət qədər rəğbətlə qarşılanmışdı.
"Əlillik verilməyinə baxmayaraq, hələ də məni süründürürlər..." - Nazirliyin qapısını sındıran qazimiz GİLEY EDİR
20
iyun
16:30
Qarabağ
KOMMENTLƏR
Əlillik ala bilməyən qazi: “21 yaşım var, cibimdə 1 manat da pulum yoxdur” – VİDEO
Əlillik kağızı ala bilməyən qazi - NARAZILIQ!
Qazilər Türkiyə səfirliyi qarşısında Sahil Babayevə etiraz etdi
Kirayə pulunu ödəyə bilməyən qazi parkda gecələyir - FOTOLAR
Yeni əlillik meyarları ilə bağlı RƏSMİ AÇIQLAMA
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı