Xəbər verdiyimiz kimi, karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən və bu səbəbdən 15 sutka müddətinə inzibati qaydada həbs olunan AMEA prezidendenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev dünən azadlığa çıxıb.
Bakısəsi xəbər verir ki, azadlığa çıxan sabiq deputat məlum toyla bağlı bir sıra ciddi açıqlamalar verib. O kameralar qarşısında ağlayaraq, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevadan bağışlanmasını xahiş edib.
Açıqlamasının sonunda keçmiş deputat “bir kəlmə söz demək istəyirəm” deyərək, jurnalistlərdən kameraları söndürməyi və mikrafonları aşağı salmağı istəyib. Hamının keçmiş deputatın kameralardan gizli demək istədiyi sözün nə olduğunu araşdırmağa çalışdığı bir məqamda, “youtube”da həmin gizli xahişlə bağlı video yayılıb(bizimbaki.org).
Keçmiş deputatdan açıqlama alan jurnalistlərdən biri tərəfindən qeydə alındığı ehtimal olunan gizli videogörüntülərdə sabiq deputat İlham Əliyev media nümayəndələrinə “kim sabah mənim dediklərimi mediaya bütöv verərsə, mənimlə zəngləşsin. Mən borclu qalan oğlan deyiləm” deyərək, pul(və ya digər maddi maraq) vəd edib.
Qeyd edək ki, həbsdən çıxan keçmiş deputatın kameralar qarşısındakı davranışı, ağlamağı media və ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkə və mətbuatda aparılan müzakirələrdə bir çoxları sabiq deputat İlham Əliyevin süni formada ağlamağa çalışdığını bildirib.(Editor.az)
Ramiz Mehdiyevin həbsdən çıxan kürəkəni jurnalistlərə pul vəd etdi: “Borclu qalan oğlan deyiləm”
07
sentyabr
14:50
Qarabağ
KOMMENTLƏR
Bu gün Ramiz Mehdiyevin kürəkəni və onun qudası azadlığa buraxıldı - VİDEO
Ramiz Mehdiyevin kürəkəni azadlığa buraxılır
Ramiz Mehdiyevin kürəkəni həbs cəzasını harada çəkəcək?
Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin toy qalmaqalı haqda
Ramiz Mehdiyevin qızına toy edən kurəkəni məhkəmə qarşısına çıxarılır
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı