Sabirabad rayonu Qalaqayın kənd sakini olan Vətən müharibəsi qazisi Elvin Cəfərov icra hakimiyyətinin önündə özünə od vuraraq yandırıb.
Hadisə ilə bağlı qazinin qardaşı Elnur Cəfərov "Unikal"a açıqlama verib:
"Qardaşım 5 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır. Elvin müharibədə kontuziya almışdı. Buna görə dərman da atırdı. Dərmanın qiyməti 700 manat idi. 2 aya yaxındır ki, pensiyası kəsilib. Nəticədə dərmanını da ala bilmirdi. Qardaşım gedib icra hakimiyyətindən kömək istəyib, onlar da etməyib. Buna görə də intihara cəhd edib. Onsuz da gedib icra hakimiyyətinin qapısını döyəndə açan olmur. Səni Cənab Prezident ora təyin edib. Nəyə görə qaziyə kömək etmirsən?
Bu məsələlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də böyük günahı var. Nəticədə qazilər intihara əl atmalı olur. Sahil Babayev insanları əlində oynadır. Əgər qardaşım dünyasını dəyişsə, Sahil Babayev mənim qarşıma çıxacaq? Əgər yenə müharibə olsa, mən könüllü gedəcəm. Bəs ay Sahil Babayev, sənin qohumların gedəcək? Qazi nə etməlidir axı? Bu nazir hara baxır?", - deyə o əlavə edib.
“Pensiyası kəsildiyi üçün dərman ala bilmir” - İntihara cəhd edən qazinin qardaşı
11
iyul
10:32
Qarabağ
KOMMENTLƏR
ŞƏMKİR İH SAHİL BABAYEVİ İFŞA ETDİ: ÖZÜNÜ YANDIRAN QAZİ İMİŞ VƏ ƏLİLLİK İSTƏYİRMİŞ…- TƏFSİLAT
Şəmkir sakini İcra Hakimiyyətinin qarşısında özünü yandırıb
Qazi icra hakimiyyətinin qarşısında özünü yandırdı - AÇIQLAMA (YENİLƏNİB)
İcra hakimiyyətinin qarşısında özünü yandırdı - Goranboyda intihara cəhd
Özünü ağacdan ataraq intihara cəhd edib - Xaçmazda (FOTOLAR)
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı