“Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində ölkə vətəndaşının sosial rifahı və təhlükəsizlik məsələləri dayanır. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu məsələlərə çox böyük diqqət və qayğı göstərirlər. Həssas kateqoriyadan olan vətəndaşlarımıza, ilk növbədə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət və qayğı daha böyükdür. Təsadüfi deyil ki, indiyə qədər, təxminən, 13 minə yaxın şəhid ailəsi, qazimiz ev və mənzillə, 7400-dən çox qazimiz avtomobillə təmin olunub. Əlilliyi olan və əzalarını itirən qazilərimizin çoxunun yüksək texnologiyalı protezlərlə təminatı həyat keçirilib. Buna baxmayaraq, son zamanlar ayrı-ayrı hallarda qazilərin narazılıq etmələrinin, hətta bəzən intihara əl atmalarının da şahidi oluruq. Burda bir qədər təzad, ziddiyyət əmələ gəlir. Bir tərəfdən dövlət rəhbərliyi səviyyəsində bu insanlara ən yüksək diqqət və qayğı göstərilir, digər tərəfdən də anlaşılmaz məsələlər baş verir. Niyə qazi öz həyatına sui-qəsd etsin? Bu sualın cavabını axtararkən məsuliyyət gəlir çıxır yerlərdəki məmurların üzərinə. Görünür, bəzi cavabdeh məmurlar vəzifə borclarını layiqli və ləyaqətli şəkildə həyata keçirə bilmirlər. Bu da qazilərimiz arasında süni narazılığa səbəb olur”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, Prezident ayrı-ayrı məmurlara, xüsusilə icra başçılarına böyük etimad göstərərək onları vəzifəyə təyin edib: “Təyin edərkən cənab Prezidentin əsas tələbi bu oldu ki, gedin xalqa ləyaqətlə xidmət edin, kabinetlərdə oturub vaxt keçirməyin, xalqın içində olun, problemlərini öyrənin, araşdırın, həll edin. Cənab Prezident “xalqın içində olun” deməklə bu xüsusda qeyd edir ki, şəhid ailələrinə, qazilərimizə çox böyük diqqət göstərilsin. Onlar növbədənkənar qəbul edilməli, problemləri həllini tapmalıdır. Görünür, bir çox hallarda məmurlar onlara göstərilən etimadı layiqincə doğrulda bilmirlər, vəzifədən başları gicəllənir. Qazi niyə həyatına qəsd etməlidir? Deməli, onun problemi yerindəcə araşdırılmalı, həlli istiqamətində addımlar atılmalıdır. Nəzərə almalıyıq ki, qazilərimizin səhhətində ciddi problemlər var, bu səbəbdən məsələ uzandıqca onların səbirləri, təmkinləri yerində olmaya bilər. Məmur döyüş zamanı kontuziya almış bir qazinin əsəbi ilə oynayacaqsa, onda istənilən hal baş verə bilər. Məmur düşünməməlidir ki, müharibədən gəlmiş və bütün dəhşətləri yaşamış insanın əsəbləri, sinir sistemi məmurda olduğu kimidir. Bəs niyə onlara həssas kateqoriya deyirlər? Ona görə ki, qazinin sağlamlıq durumu qarşısındakı məmur kimi deyil. Məmur kabinetində oturub kondisionerli otaqda, əlində pult öz işi ilə məşğul olarkən, qazilərimiz gedib Vətən uğrunda canlarını fəda ediblər, əzalarını itiriblər, nə qədər oğullar şəhidlik zirvəsinə yüksəlib. Bu məsələlərə son dərəcə ciddi yanaşılmalıdır. O məmurlar ki üzərilərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmirlər, onlar vəzifədən uzaqlaşdırılmalıdırlar. Bunun dəfələrlə şahidi olmuşuq. Cənab Prezident onlara qarşı ən sərt tədbirlərə əl atıb, neçə icra başçısı həbs edilib. Bundan digərləri nəticə çıxarmalıdır. Eyni, oxşar tale onların da başına gələ bilər…”
Deputat: “Məmurlar kondisionerli otaqlarda işlə məşğul olarkən, qazilərimiz Vətən uğrunda canlarını fəda ediblər”
12
iyul
12:47
Qarabağ
KOMMENTLƏR
Qazimiz nazirlikdə işlə təmin edildi
"Vətəndaşının sosial rifahının təmin edilməsi dövlət üçün ali məqsəddir" - Elman Nəsirov
Elman Nəsirov: "Cəmiyyət "qazi" adından sui-istifadə edənləri qınayır"
Hər il dövlət büdcəsində sosial xərclər öncül mövqedə olur - DEPUTAT ŞƏRH ETDİ
Elman Nəsirov: “Hər bir hərbçi fərqindədir ki, Vətənə ləyaqətlə xidmət göstərəcəyi təqdirdə mükafatlandırılacaq”
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı