"Location" gecə klubunda baş verən partlayış səbəbindən məkan sahiblərindən şikayət edən tanınmış bloger Aysel Şükürovaya dəymiş ziyan ödənib.
Bu barədə bloger özünün sosial şəbəkə hesabında paylaşıb.
O, paylaşımda itirdiyi telefonların və xəstəxana xərclərinin qarşılandığını deyib:
“Bildiyiniz kimi, “Location”da baş veren partlayışda ağır yaralananlardan idim. Telefonlarım partlayışda qalmışdı və heç biri tapılmadı. Xəstəxanada isə vəziyyətim çox ağır idi, dəfələrlə əmaliyyət olmuşdum. Bu haqda da paylaşım etmişdim ki “Location”un rəhbərliyi mənə dəymiş ziyanı ödəmək istəmir. Nə xəstəxana pulumu, nə də telefonlarımın pulunu ödəmirdilər. Daha doğrusu, sonradan xəstəxana pulunu verməyə razı olmuşdular, amma telefonlarımın pulunu vermək istəmirdilər. Mən də hər kəs kimi haqqımı tələb etmək üçün onlardan şikayət etdim. Onlar da bu gün axır ki, həm xəstəxana pulumu verdilər, həm də yeni telefon aldılar. Düzdür, bunlar mənə dəymiş mənəvi ziyanı heç vaxt qarşılaya bilməz, həm psixoloji travmalarım, həm əsəb sistemim, həm içimə qapanmalarım, yaddaşım hamısı üst üstədir... Bunlar ömür boyu mənlə qalacaq, amma bütün əsəblərimi pozduqdan sonra hər şey yenə də mən deyən kimi oldu. Ona görə də hamı haqqın tələb etsin. Və İnşallah, haqq yerini tapsın, əsl günahkarlar cəzasını çəksin! Haqqınızı tələb etməkdən çəkinməyin! Bu arada yenə də hər şeyi mən özüm etdim, tək başına, bu işdə mənə heç kim kömək olmadı. Allah bizi heç kimə möhtac eləməsin”.
Partlayışın olduğu barın sahibi Ayselə telefon aldı
14
iyul
16:27
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı