Ət bazarında quzu əti qəfil bahalaşıb. Qiymət 13-14 manatdan 15-16 manatadək artıb.
“Fərqli-fərqli bölgələrdə, müxtəlif bazarlarda qiymətlər eyni deyil. Bəli, ümumilikdə artım var, bu açıq hiss edilir, amma obyektivlik naminə demək lazımdır ki, bu ölkənin bütün ərazisində quzu ətinin eyni qiymətə satılması anlamına gəlmir”.
Bunu Yenisabah.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
O fikrinin davamında bildirib: “İribuynuzlu mal-qaranın qiymətinin artacağı ilə bağlı əvvəlcədən gözləntilər formalaşmışdı. Çünki ölkədə yem bazasının zəifliyi və bahalaşması, heyvanlar üçün vaksindən tutmuş bütün dərman preparatlarının xaricdən gətirilməsi və bu məhsulların xaricdə də qiymət artımına məruz qalması həmin nəticəyə gətirib çıxarmışdı. Belə hallarda, adətən, maya dəyəri artdıqca qiymətlərin qalxması qaçılmaz olur. Doğrudur, sırf quzu ətinin bahalaşması hansı fenomenə bağlı olmasını Kənd Təsərrüfatı Nazirliyi sözçüsü daha yaxşı bilər.
Ehtimallar var ki, qiymət artımına doğuş sayının azalması təsir göstərə bilər və s. Amma hər bir halda quzu ətinin bahalaşması labüddür. Çünki fermerlərin xərcləri artırsa, bazara çıxardıqları ətin qiyməti də qalxmalıdır.”
Ekspert həmçinin quzu ətinin bahalaşmasının digər məhsulların qiymətinə təsir eləmək ehtimalını da dəyərləndirib:
“Bu, dalğavarı prosesdir və təəssüf ki, ölkədə ciddi problemlərin yaranmasına səbəb olacaq. Psixoloji olaraq digər məhsulların qiymətinə də təsir edir və yavaş-yavaş başqa məhsulların da qalxacağı gözlənilir. Amma bunun digər məhsulların qiymətinə birbaşa təsiri yoxdur. Məsələn, quzu ətinin bahalaşması restoranlarda quzu kababının qiymətinin qalxmasına birbaşa təsir göstərəcək. Amma bunu digər sahələrə isə şamil etmək olmaz. Dolayı yolla təsir edə bilər, çünki bahalaşma psixoloji təsir gücünə malikdir, bundan sonra da bazarda məhsulların artmasına səbəb ola bilər.
Quzu ətinin bahalaşması: “Digər məhsulların da qiyməti qalxacaq”
14
iyul
17:53
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı