“Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın Nazirlər Kabinetinin qarşısında mitinq keçirməsinə icazə verməyib. Qurumun bu qərarı tamamilə qanunauyğundur, məntiqlidir, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna istinad edilib. Məhz həmin qanuna uyğun olaraq, asayişin təmin edilməsi, istirahət vaxtının səmərəli təşkil edilməsi, təhlükəsizlik nəzərə alınaraq Qaradağ rayonundakı stadion ərazisində mitinqlər keçirmək üçün yer ayrılıb. Qaradağ rayonu Bakının 12 rayonu içərisində ərazi baxımdan ən böyüyüdür. Bakı şəhərinin mərkəzindən çox yaxın məsafədədir, nəqliyyat üçün də normal yolları var. Mitinq keçirmək istəyənlərin sözügedən ünvanda aksiyalarını gerçəkləşdirmələri üçün heç bir maneə yoxdur. İstənilən vaxt həmin ərazidə gedib mitinqlərini təşkil edə bilərlər”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, Milli Şuranın mitinqi Bakının mərkəzində keçirmək istəməsinin məqsədi başqadır: “Öz fəaliyyəti ilə haqlı olaraq xalq arasında “anti-milli şura” adlandırılan bu qurum şəhərin mərkəzində mitinqlər təşkil etməklə göstərmək istəyir ki, guya müəyyən sosial bazası var. Sosial bazanı da şəhərin mərkəzində küçədən keçən insanlar hesabına təmin etmək istəyirlər. Elə avtobusdan düşən, yolu keçmək istəyən, metroya gedən insanlar boylanıb baxsınlar ki, 5-6 adam toplaşıb, nəticədə onlar da yaxınlaşıb nə baş verdiyini görsünlər. Beləliklə, süni şəkildə guya mitinqə xeyli insanın toplaşdığı fonunu yaratsınlar. Belə şeylər keçməz. Azərbaycan dövləti güclüdür, siyasi rəhbərlik üçün bir nömrəli vəzifə vətəndaşların təhlükəsizliyinin, asayişin təmin edilməsidir. Bunun pozulmasına yönəlmiş istənilən cəhdin qarşısı qanuni yolla alınacaq. Bunu Milli Şura da bilir. Sadəcə, təxribata əl atmaq istəyirlər. Bu da keçməz. İlk növbədə Milli Şuranın rəhbərliyi gərək papağını qarşısına qoyub düşünsün ki, niyə onların sosial bazası yoxdur? Niyə xalq onlara etimad, etibar göstərmir? İnanın ki, bunu tam səmimiyyətimlə deyirəm, Milli Şuranın arxasında böyük sosial baza olsaydı, nəinki Qaradağda, dünyanın hansı nöqtəsində “gedin mitinq keçirin” desəydin, həmin ölkəyə gedərdilər. Çünki bilərdilər ki, arxalarında dəstək var. Amma xalq Milli Şuraya qiymət vermir, etibar göstərmir. Ona “anti-milli şura” deyir. Bütün bu cəhdlərin heç bir nəticəsi olmayacaq. Yalnız qanuni yolla iddialarını ortaya qoya bilərlər. Qeyri-qanuni istənilən addımın qarşısı elə qanuni yolla alınacaq”.
Elman Nəsirov: “Milli Şuranın rəhbərliyi papağını qarşısına qoyub düşünsün ki, niyə sosial bazaları yoxdur?”
15
iyul
14:18
Qarabağ
KOMMENTLƏR
Deputat: “Azərbaycanda siyasi məhbus ola bilməz, çünki tutduğumuz demokratik inkişaf yolu buna imkan vermir”
Elman Nəsirov: "Deputat" sözü "millət vəkili" sözü ilə əvəz edilməlidir"
"Sosial şəbəkələrdə söyüş baş alıb gedir" - Elman Nəsirov
“İctimai fəallar” niyə indi aksiya qərarı verdi - iki rəy
YAP-çı deputat Elçibəyin adının əbədiləşdirilməsindən danışdı: “Niyə də olmasın?“
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı