“Bütün dünyada olduğu kimi, Azərbaycan dövləti də post-pandemiya dövrünə hazırlaşırdı və bu istiqamətdə işlər gedirdi. Həmin dövrün reallıqlarına adekvat hədəflər müəyyən edilirdi”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. O, vurğulayıb ki, təəssüflər olsun ki, son günlər dünyada və ölkəmizdə koronavirusa yoluxma sayları artmaqdadır:
“Təəssüf ki, post-pandemiya dövrünə keçməyə hazırlaşdığımız bir dövrdə dünyanın kütləvi informasiya vasitələrində belə bir məlumatlar səslənməyə başladı ki, pandemiyanın növbəti dalğası gəlir. Ümumdünya Səhiyyə Təşkilatı da bu məsələlərlə bağlı artıq yenidən həyəcan təbili çalmağa başlayıb. İnsanları maska taxmağı tövsiyə edir. Bu halda biz nə etməliyik? Hesab edirəm ki, ilk növbədə təmaslarda biz ehtiyatlı olmalıyıq, məsafə saxlamalıyıq. Bilməliyik ki, biz dünyanın tərkib hissəsiyik. Yəni, qonşu və dünya ölkələrində əgər pandemiyaya yoluxma sayı artarsa, belə olan vəziyyətdə biz də bunu nəzərə almalıyıq. Bir ümidverici məsələ onunla bağlıdır ki, 2020-ci ildə bu xəstəlik peyda olanda biz bu xəstəliyin qarşısında aciz idik, heç mahiyyətini yaxşı dərk edə bilmirdik, vaksinimiz yox idi, mübarizə aparmaq silahımız yox idi. İndi isə bir neçə vaksin var, eyni zamanda əhalimiz 2-3 dəfə vaksinləşmə prosesindən keçib. Yəni, müqavimətimiz və immunitetimiz formalaşıb”.
“Bu reallığı nəzərə alsaq, hesab edirəm ki, bu dəfə ki, yeni dalğa insanlar üçün əvvəlki qədər də təhlükəli olmaya bilər. Hər halda ehtiyatlı olmaq lazımdır, həm də izləmək lazımdır ki, qonşularımızda hansı vəziyyətdir, bu məsələ ilə bağlı dünyada hansı proseslər gedir. Ümumdünya Səhiyyə Təşkilatı tövsiyələri necədir? Yəni, bunların hamısını izləmək lazımdır. Xüsusilə, birbaşa təmaslarda son dərəcə ehtiyatlı olmaq lazımdır”.
Elman Nəsirov: “Biz dünyanın tərkib hissəsiyik”
21
iyul
11:07
Qarabağ
KOMMENTLƏR
Azərbaycanda sərt karantin rejimi bundan başlayacaq
Professordan XƏBƏRDARLIQ: “Hər an meymunçiçəyinə yoluxa bilərik“
Mayın 1-dən maska tələbi ləğv edilir: Quru sərhədlərin bağlı qalmasında kim maraqlıdır?
"Pandemiyanın sona çatdığını elan etmək tezdir" - ÜST
Deputat: Azərbaycanda sutka ərzində koronavirusa yoluxanların sayı həyəcan təbili çalmağa əsas verir
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı