Xəbər verdiyimiz kimi, Sabirabad rayonu Kürkəndi kənd sakini İkinci Qarabağ Müharibəsi qazisi 22 yaşlı İsmayılov Abış mühafizəçi işlədiyi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında qarşılaşdığı özbaşınalıq şikayətçidir. Abış İsmayılov bir müddət əvvəl xəstəxanaya mühafizəçi vəzifəsinə işə qəbul edilib. Qazinin sözlərinə görə, maliyyə işləri üzrə direktor müavini Bayram Mikayılovun onunla qərəzliliyinin kökündə də xəstəxanaya işə düzələrkən rüşvət verməməsi durur.
Yeniavaz.com xəbər verir ki, Bayram Mikayılov bundan əvvəl də bəzi dövlət strukturlarında yüksək vəzifələrdə çalışıb.
Bayram Mikayılovun Sabirabad Rayon Mərkəzi Xəstəxanasınadək olan fəaliyyəti ilə bağlı araşdırma aparılarkəm məlum olub ki, o, 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Saatlı rayon şöbəsinin müdiri işləyərkən rayon sakini, ahıl yaşlarında olan Elşən Allahyarovu öz iş otağında aşağılayıcı sözlərlə təhqir etdiyinə görə işdən çıxarılıb. Həmin dövrdə hadisənin videogörüntüsü sosial şəbəkələrdə də geniş yayılıb.
Elə həmin il Bakının Xətai rayonu ərazisində həyat yoldaşı Gülnarə Cəbrayılovanı bıçaqladığına görə Xətai rayon Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsiylə cinayət işi başlanıb. 2019-cu ildə isə o, DSMF-nin Sabirabad rayon şöbəsinə rəis təyin edilib. Ancaq vətəndaşların pensiyasıyla bağlı külli miqdarda pul mənimsəmədə iittiham olunaraq işdən çıxarılıb. Həmin vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun vəzifəsini icra edərkən kobud nöqsanlara yol verdiyi üçün işdən çıxarıldığını bildirib.
Hətta onun əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib, qısamüddətli həbsdə olub.
3 aya yaxındır ki, TƏBİB onu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına direktorun maliyyə işləri üzrə müavini vəzifəsinə təyin edib.
Məsələ ilə bağlı TƏBİB-ə müraciət etdik. Qurumdan sorğumuza cavab veriləcəyi bildirildi.
TƏBİB nöqsanlara görə işdən çıxarılan, həyat yoldaşını bıçaqlayan şəxsə yüksək vəzifə verib - İLGİNC FAKTLAR
26
iyul
12:45
Qarabağ
KOMMENTLƏR
Sabirabadda daha bir Qazimizə qarşı BASQI VAR... - Adamı CANA DOYURUB...
Sabirabad Mərkəzi Xəstəxanasında yeni doğulan körpə ÖLDÜ
Arvadını, qayınatasını qətlə yetirdi, sonra özünü öldürdü - Azərbaycanda
Prokurorluq qazinin intiharı ilə bağlı ARAŞDIRMAYA BAŞLADI
Mühafizəçi işlədiyi teatrın şaxtasına düşdü
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı