Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi yolların əsaslı təmiri işləri ilə bağlı keçirdiyi tenderə yekun vurub.
DİA.AZ-ın məlumatına görə, “APA-Economics” vahid dövlət elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi "Şabran-D" MMC seçilib və şirkətlə 25,5 milyon manatlıq müqavilə imzalanıb. Müqaviləyə əsasən, 2022-ci ilin sonuna kimi Şabran şəhərində 18 küçədə yollara asvalt döşənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Şabran-D" MMC-nin rəhbəri Cəlal Bədəlovla Şabran İcra Hakimiyyəti başçısının keçmiş 1-ci müavini Mehdi Balabəyov arasında 2019-cu ildə ciddi maliyyə konflikti, 227 min manatlıq məhkəmə mübahisəsi yaranmışdı.
Cəlal Bədəlov mediaya açıqlamasında, həm də hüquq-mühafizə orqanlarına müraciətində Şabran rayonunda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderində iştiraka razılıq almaq məqsədi ilə Mehdi Balabəyova 227 min manat verdiyini, amma tenderdə uğurlu nəticə əldə etmədiyini açıqlamışdı.
Başqa sözlə, "Şabran-D" MMC-nin rəhbəri Cəlal Bədəlov tenderlərdə iştirakla bağlı qaydaları pozduğunu etiraf etmişdi.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun ixtisas tələblərinə dair 6-cı maddəsinə əsasən, tender qaydalarını pozan şəxslər 5 il müddətində satınalmalardan kənarlaşdırıla bilər.
Şabranda TENDER HOQQABAZLIĞI... - Burası AZƏRBAYCANDIR!
27
iyul
13:14
Qarabağ
KOMMENTLƏR
227 min rüşvət verən iş adamı məqsədinə çatdı: Şabranda bir gündə 2 tender “uddu”
ŞABRANDA BAŞÇI MÜAVİNİ TƏRƏFİNDƏN PULU YEYİLƏN ŞİRKƏT YENƏ İKİ TENDERİ UDDU – YARIM MİLYONLUQ KORRUPSİYA…
İki il əvvəl 227 min manat “şapka” alınan iş adamının oğlu tenderdə qalib oldu - Burası AZƏRBAYCANDIR!
Şabranda yarım milyonluq şübhəli tender – Vergi borcu olan şirkət necə qalib olub?
Azərbaycanda sərxoş şəxs avtobusu ər-arvadın üzərinə sürdü - Ölən və yaralanan var
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı