Azərbaycanda böyük apteklər şəbəkəsinə malik “Zeytun Pharmaceuticals” MMC barəsində növbti dəfə məhkəmə iddiası qaldırılıb.
“Qafqazinfo” xəbər verir ki, şirkət sanitariya-gigiyena və epidemioloji qanunvericiliyi pozmaqda təqsirli bilinir.
Belə ki, “Zeytun Pharmaceuticals” İnzibati Xətalar Məcəlləsinin 221.1-ci (bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, saxta dərman vasitələrinin istehsalı, satışı) maddəsi ilə ittiham olunur.
İnzibati protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. İşə hakim Hüseyn Səfərovun sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, şirkəti 5 min manatdan 7 min manatadək cərimə gözləyir.
Qeyd edək ki, “Zeytun” apteklər şəbəkəsini özündə birləşdirən “Zeytun Pharmaceuticals”in qanuni təmsilçisi Bəhruz Şirəliyevdir. O, “Nurgün Holding”in rəhbəri Nuru Əliyevə yaxınlığı ilə bilinir. Təsadüfi deyil ki, vaxtilə Nuru Əliyevin sponsoru olduğu “Rəvan” futbol klubunun vitse-prezidenti Bəhruz Şirəliyev olub.
Xatırladaq ki, “Zeytun Pharmaceuticals” barəsində bundan öncə cari ilin fevralında da eyni maddə ilə protokol tərtib edilərək Binəqədi Rayon Məhkəməsinə göndərilmişdi.
“Zeytun Pharmaceuticals” məhkəməyə verildi
02
avqust
12:20
Qarabağ
KOMMENTLƏR
Deputat Kəmaləddin Qafarovun “Azəri Med” Firması Ölkəyə Saxta Dərman Gətirir – Məhkəməyə Verildi
Şirəliyev vəzifədə deyil, amma ŞİRƏLİ TENDERLƏRİ UDUR... - İLGİNC FAKTLAR
“Dokta Apteklər” qanunsuz işçi götürdüyü üçün məhkəməyə verildi
Səhiyyə sisteminin `ZEYTUN` SEVDASI... - İcazə verin, şübhələnək...
Səhiyyə Nazirliyi aptekləri cərimələdi - SİYAHI
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı