“Valideynin övladına güvənməsi üçün ilk növbədə, özünə güvənməlidir. Əgər valideyn ailə daxilində öz övladının fikirlərinə hörmət etmirsə, bu uşaqla bağlı problemin olması demək deyil”.
Bunu Yenisabah.az-a psixoloq Vəfa Rəşidova deyib.
O, valideynlərin gənclərin, hətta yetkin yaşlı şəxslərin qərarlarına müdaxilə etməsi, onların düşüncələrinə hörmət qoymaması mövzusunda danışıb:
“Bu, valideynin özüylə bağlıdır. Özünə güvənməyən valideyn heç vaxt böyütdüyü övlada güvənə bilməz. Bundan əlavə, ümumiyyətlə, belə bir tabu var. Yəni düşünürlər ki, övladı həyata gətiriblərsə, övladın böyüyüdürlər. Belə olmamalıdır. Valideyn uşağının böyüyü kimi yox, valideyni kimi davranmalıdır. Amma bu münasibət həbsxana formasındadır.
Valideyn düşünür ki, övladı dünyaya gətiribsə, mütləq onun dedikləri edilməlidir. Övladına həyat veribsə, “qanunları”nın işlənməsi minnət borcudur.
Azərbaycanlı ailələrinin əksəriyyətində uşağın fikri soruşulmur. Bəlkə, övlad valideyndən daha gözəl fikir deyəcək?!
Uşağın sözünü dinləmək və ya onun sözünə hörmətlə yanaşmağı bir çox valideyn öz məğlubiyyəti kimi qəbul edir: “Yəni mən uşağın dediyinə qulaq asmalıyam?!”
Uşaq ayrıca bir fərddir. Onun gələcək həyatı fərqlidir. Əlbəttə, nəzarət olmalıdır. Bu nəzarət zorakı vəziyyətə gəlib çıxmamalıdır”.
Psixoloq deyib ki, gənclərin xarici ölkələrə üz tutmasının əsas səbəblərindən biri də budur:
“Ailə daxilində anlaşılmazlıq yaşayan insan başqa bir ölkəyə başqa ad altında sərbəst yaşamaq üçün gedəcək. Bu, valideyndən qaçışdır. Övlad kənarda özünü təsdiq etmək istəyir.
“Mən övladımı qoruyuram”, “sövr təhlükəlidir” və s. bunlar köməkçi sözlərdir. Bunun kökündə yenə də minnət dayanır. Övlada minnət qoyacaqsızsa, onu həyata gətirmək lazım deyil”.
“Övlada minnət qoyacaqsınızsa, onu dünyaya gətirməyin” - Psixoloq
02
avqust
16:55
Qarabağ
KOMMENTLƏR
Səhiyyə Nazirliyindən PUBG oyunları ilə bağlı valideynlərə XƏBƏRDARLIQ
Övladını məktəbə göndərməyənlərin diqqətinə
135 nömrəli məktəbdə 8 Mart “hazırlığı”: "Müəllim pul verməyən şagirdləri incidir, gözdən salır..."
Azad Şabanov ikinci dəfə ata oldu - FOTO
Anasından imtina edən azərbaycanlı aktrisa: "O artıq həyatımda yoxdur!" (VİDEO)
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı