Bu haqda aktyorun özü bildirib. O, açıqlamasında bir həftədir tənəffüs sistemində problemlər olduğunu və evdə xəstə yatdığını deyib:
"Bu xəstəliyə bir həftədir yoluxmuşam. Analiz verməyə getmirəm. Amma məndə virusun simptomları olduğunu bilirəm. Çünki müəyyən əlamətləri var.
Hərarətim 38.4, 38.5-dir. Bunlar həmin xəstəliyin əlamətləridir. Üstəlik soyuqdəyməm də var. Bayıra çıxa bilmirəm. Ancaq evdə müalicə alıram.
Hazırda sistemlər asıblar. Əvvəlki günlərə baxanda iynələr, müalicələr sayəsində bir az düzəlmişəm".
