"Azərsu" ASC Bakı və Gəncə şəhərlərində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı ümumi dəyəri 5,46 milyard manat olan müqavilə bağlayıb.

Sfera.az dövlət satınalmaları üçün vahid internet portalına (etender.gov.az) istinadən xəbər verir ki, Bakı şəhəri üzrə su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması işlərinin satın alınması üçün “Arko Təmir Tikinti Şirkəti” MMC ilə 511 505 076 manatlıq, Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması məqsədilə isə “Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındaki filialı və “AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsi ilə 4 947 605 986 manatlıq razılaşma əldə edilib.
скачать dle 12.1