Özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Sumqayıt Şəhər Məhkəməsində keçiriləcək proses avqustun 23-nə təyin edilib.
Cinayət işi hakim Elçin Məmmədovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: Rəsmi məlumata əsasən, vətəndaş R.Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb edib.
R.Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib.
Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində müvafiq araşdırma aparılıb və araşdırmanın nəticəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
Bu il fevralın 3-də R.Məmmədov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rasim Məmmədovun məhkəməsi bu tarixdə başlayacaq
10
avqust
16:53
Qarabağ
KOMMENTLƏR
Rasim Məmmədov qazini də təhqir edib - VİDEO
Rasim Məmmədovla bağlı qərar verildi
DİN Rasim Məmmədovun saxlanılması ilə bağlı MƏLUMAT YAYDI - VİDEO
Rasim Məmmədovu “itqusdu” apardılar.... - Dələduz Rasim Məmmədovun QHT-sini Ədliyyə Nazirliyində kim(lər) dövlət qeydiyyatına alıb ?
Rasim Məmmədov belə saxlanıldı - VİDEO
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı