“Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin ofis sahəsini icarəyə götürmək məqsədilə keçirdiyi tender müsabiqəsinin qalibi “Macaz Construction” MMC (VÖEN - 1302101451) olub.
Məşğulluq Agentliyi ümumi sahəsi 2000-2300 kv. metr olacaq ofis sahəsini 24 ay müddətində icarəyə götürəcək və qalib şirkətə 743 min 853 manat 12 qəpik vəsait ödəyəcək.
Məlumat üçün bildirək ki, “Macaz Construction” MMC 18.11.2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Zahid xəlilov, ev 16A, Məhəllə 523, m. 21-də yerləşir. Şirkətin qanuni təmsilçisi İsmayılov Rəşid Aslan oğludur.
Qeyd edək ki, “Macaz Construction” MMC-nin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sabiq rəhbəri Akim Bədəlovun ailə üzvlərinə məxsus olduğu bildirilir. Şirkət Akim Bədəlovun oğlu Aqşin Bədəlov tərəfindən təsis olunub. Aqşin Bədəlov eyni zamanda “Macaz” MMC-nin (VÖEN -2001674501) də yeganə təsisçisi olub. Bundan başqa Aqşin Bədəlov Gürcüstanda “Macaz-Georgia” adlı şirkət də təsis edib. Sabiq Agentlik rəhbərinin oğlu bugünə kimi çoxsaylı tenderlərin qalibi olub.
Onu da bildirək ki, Akim Bədəlovun ailə üzvlərinə məxsus şirkətlərdən biri də “Azgüntex” MMC-dir (VÖEN – 1701151861). Hazırda bu şirkətin dövlət büdcəsinə 38 min manatdan çox vergi borcu var. Ötən il vergi borcuna görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Azgüntex” MMC-ni məhkəməyə də verib.
Məşğulluq Agentliyi sabiq məmurun oğlundan ofis icarəyə götürür – 743 minə...
01
sentyabr
12:53
Qarabağ
KOMMENTLƏR
Elmar Vəliyevin qardaşı “Dövlət Məşğulluq Agentliyi”ni məhkəməyə verdi – 3,6 milyon manatlıq mübahisə
Qorxmaz Hüseynovdan Elmar Vəliyevə jest: Daha bir tender
MİDA-nın 13 milyonluq tenderini bu şirkət uddu – Sumqayıtda bina tikəcək
Sabiq deputatın qardaşı 40 min manatlıq tenderin qalibi oldu
Vergi borcu olan şirkət 4,5 milyonluq tenderi uddu
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı