Hər iki şəxs torpağa tapşırılmaq üçün Qobustan rayonunun Sündü kənd qəbiristanlığına aparılır.
Qeyd edək ki, ötən gün şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan ata, oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib.
1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. Bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir. Vətən müharibəsi iştirakçısı olan Vadimin bir yaşlı qızı və doğulmamış körpəsi var.