27 sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycanın mədəniyyət ocaqlarında bir sıra tədbirlər keçiriləcək.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, anım günü ilə əlaqədar Akademik Milli Dram Teatrında dövlət sifarişi əsasında "Zəfər yolu" tamaşası hazırlanıb. Səhnə əsəri sentyabrın 23, 24 və 25-də oynanılacaq.
Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrıda Vətən müharibəsinə həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq.
Həmçinin saat 12:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində anım günü ilə bağlı "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir keçiriləcək.
Saat 14:00-da Leopold və Mstislav Rostropoviçlərin Ev-muzeyində müharibənin qısa tarixi, şəhidlik zirvəsinə ucalan şəhidləri tanımaq və anmaq məqsədi ilə müharibənin canlı şahidləri olan qazilərin və şəhid ailələrinin iştirakı ilə "Qəhrəmanımızı tanı!” adlı tədbir təşkil olunacaq.
Eyni zamanda Səməd Vurğunun ev-muzeyində "44 günlük Vətən müharibəsi..." adlı tədbir və qəhrəmanlarımıza həsr olunan onlayn sərgi keçiriləcək.
Abdulla Şaiqin Mənzil-Muzeyində anım günü ilə bağlı "Zəfərə aparan yol" adlı tədbir keçiriləcək.
Bundan başqa, Nəriman Nərimanovun xatirə muzeyində "44 günlük zəfər tariximiz" adlı sərgi və Açıq qapı təşkil olunacaq.
27 sentyabr - Anım Günü ilə əlaqədar mədəniyyət ocaqlarında bir sıra tədbirlər keçiriləcək - SİYAHI
20
sentyabr
17:24
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı