"Həkimin atamın müalicəsi üçün yazdığı sistemlər və iynələrin hamısını vurduqduq. Hazırda ancaq həb qəbul edir. İki gün əvvəl o özünü ötən günlərdən fərqli olaraq daha gümrah, daha yaxşı hiss edirdi. Sanki gözləri açılmışdı. Amma ailəmizdə cavan yaşda yaxınımızın qəfil vəfatı atamın səhhətini pisləşdirdi. Artıq 2 gündür ki, o, özünü pis hiss edir. Xəstəliyi sanki yenidən baş qaldırıb".
Bizim.media xəbər verir ki, bu sözləri Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova deyib.
Sənətkarın qızı atasının səhhətinin yenidən pisləşdiyini dilə gətirib:
"İtki xəbəri atama çox pis təsir edib. Hələ də atam bu itki ilə barışa bilmir. Səhhəti pisləşib. Tez-tez başı hərlənir. Ayaqları da yer tutmur, əsa ilə gəzir. Sistemlərdən və iynələrdən atamın bədəni deşik-deşikdir. Preparatlar onu ayağa qaldırsa da, lakin əks təsirsiz ötüşmür. Onlar birbaşa böyrəklərə və qara ciyərə mənfi təsir göstərir.
Böyrəklərində dörd kistası var. Bu da digər xəstəliklərə yol açır. İştahası kəsilib. Güclə yemək yeyir".
Ə.Həsənovun qızı bildirib ki, "TƏBİB" və Mədəniyyət Nazirliyi atasının səhhəti ilə maraqlanmır.
"Hər iki qurum düşünür ki, atam artıq sağaldı və hər şey yaxşıdır. Xeyr, bu belə deyil. Atamın hələ də səhhətində problemlər var. O, özünü yalnız hiss edir. Atamın dəstəyə ehtiyacı var".
Xalq artistinin qızı: “Atamın ayaqları tutulub”
27
sentyabr
16:23
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı