“Sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində gedən status və yazılarda adımın hallandırılmasından xəbərdaram və hesab edirəm ki, hər kəsin azad düşüncə və fikir bildirmək hüququ olduğundan buna normal yanaşmaq lazımdır”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
Millət vəkili vurğulayıb ki, altıncı çağırış Milli Məclisə deputat seçilməsindən sonra sahibkarlıq fəaliyyətinə son qoyub və şirkətdəki vəzifəsindən istefa verib: “Deputat olaraq fəaliyyətim göz qabağındadır və təəssüf edirəm ki, bəzən bu məzmunlu informasiyalar hazırki fəaliyyətimə kölgə salmaq və qərəzli niyyətlə edilir”.
Elnur Allahverdiyev qeyd edib ki, mart ayından bu yana müsahibə və açıqlamalarında sahibkarlıq fəaliyyətini dayandırdığını dəfələrlə bildirib: “Düşünürəm ki, professional jurnalist və ya bloggerlər bunu bilməmiş deyillər. Bununla belə, onlara fəaliyyətlərində uğurlar arzu edirəm, sadəcə, bəzi qarayaxmalara görə təəssüf hiss keçirirəm. Mənə elə gəlir, professionallıq nöqteyi-nəzərdən bu, onların özlərinin obyektivliyi üçün də ziyanlı mövqedir”.
Qeyd edək ki, sosial şəbəkələrdə “Müştəriyəm şikayətim var” adlı səhifədə “Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər yer alıb. Həmin səhifənin Milli Məclisin deputatı Elnur Allahverdiyevin rəhbəri olduğu şirkət tərəfindən alındığı və şərhlərin silinməsi ilə bağlı iddialar səsləndirilib.
"Kontakt Home"un rəhbəri olduğu deyilən deputat DANIŞDI
11
sentyabr
14:41
Qarabağ
KOMMENTLƏR
“Kontakt Home”un sahibi Elnur Allahverdiyev kimdir?-''KONTAKT HOME''dan bitməyən ŞİKAYƏTLƏR......
Deputatın şirkətində mafiya qanunları: Elnur Allahverdiyevin “Kontakt Home”sinfə qanunsuzluq
Spiker Rafael Cəbrayılovla bağlı tapşırıq verdi
“Kontakt Home”də MTN izi
Aqil Abbasın etirazına spikerdən dəstək
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı