"Başa düşürəm ki, inflyasiya var. Qiymətə müəyyən qədər dəyişiklik edilməlidir. Amma bu elə bir formada olmalıdır ki, qiymət dəyişikliyi aztəminatlı insanlara təsir etməsin".
Bunu açıqlamasında deputat Rüfət Quliyev ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı daşıyıcı şirkətlərin təklifinə münasibət bildirərkən deyib.
O bildirib ki, özəl nəqliyyat şirkətlərinin ictimai nəqliyyatda qiymət siyasətinə yenidən baxılması müraciəti ilə bağlı komissiya yaradılıb və işlər aparılır: "Tarif Şurasına təkliflər hazırlanır. Hazırda nəqliyyat şirkətləri üçün çətin günlərdir. Amma birdən-birə qiyməti çox artırmaq olmaz. Bu məsələ ilk növbədə analiz olunmalıdır ki, şirkətlərin çətinliyi nə ilə bağlıdır".
Deputat qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti yoxlanılmalıdır:
"Pandemiyadan bu günə qədər ictimi nəqliyyata köməklik kimi onlara 230-240 milyon manat pul ayrılmışdı. Bu vəsait necə xərclənib, hara gedib, kim tərəfindən mənimsənilib? Zarafat deyil, 1 milyardın 4/1 hissəsidir. İlk növbədə bu vəsaitin hara xərcləndiyini araşdırmaq lazımdır".
BNA 240 milyonu hara xərcləyib? - Deputat hesab sordu
04
oktyabr
14:01
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı