Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublu komaya düşə bilər.
Bu barədə T.Yaqublunun qızı Nigar Həzi məlumat verib.
N.Həzi vurğulayıb ki, bu gün Tofiq Yaqublunun aclığının 11-ci günüdür: “Bir az əvvəl də atayla danışdım. Dedi ki, "Səhər tezdən evə zəng eləmək istəyirdim. Bilirəm ki, siz mənə görə çox narahatsınız. Zənglərimi dinləyən adam hələ işə gəlməmişdi deyə, icazə vermədilər. Müəssisə rəhbərliyindən tələb edirəm ki, mən gündə iki dəfə ailəmlə danışmalıyam. Onlar mənə görə çox narahatdırlar. Burada digər məhbuslara isə gündə 2-3 dəfə zəng imkanı yaradıqları halda və hətta belə durumda belə mənə qarşı qərəz göstərirlər.
Dünən doktor Adil Qeybulla mənim yanıma gəlmişdi. O, mənə israrla sistem köçürülməsinin vacibliyini bildirdi. Həmin sistemin qida tərkibli olmadığına məni inandırandan sonra razı oldum və bunun da yalnız 1 dəfə Adil doktorun özünün edə biləcəyini dedim. Buradakı həkimlər də mənim hər an komaya düşəcəyimi bildirdilər. Sistem köçürülməsindən sonra da dəyişən heç nə olmadı. Yenə gecə səhərə kimi yatmamışam. Çox halsızam. Dəhşətli baş ağrılarım və başgicəllənmələrim var.
Buradakı həkimlər də həyəcan içindədirlər. Mənim hər an komaya düşəcəyimdən qorxurlar. Hər gün sürətlə geriyə doğru gedirəm". Ölkə xaricində və Müsavat Partiyasının qərərgahında ona dəstək olaraq aclıq edən bütün dostlara təşəkkür etdi. Onu dəstəkləyən hər kəsə minnətdarləğını bildirdi”.
N.Həzi qeyd edib ki, Tofiq Yaqublunun səhhəti olduqca ağırdır: “Bu günlərdə azadlığa buraxılmasa, onu itirəcəyik”.
Tofiq Yaqublu komaya düşə bilər
12
sentyabr
19:16
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı