Miqrasiya orqanlarının işçilərinə məzuniyyətə çıxarkən ödənilən iki aylıq əməkhaqqı həcmində müavinət ləğv olunur.
Bununla bağlı “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilir.
Belə ki, Əsasnamənin 80-ci bəndinə edilən dəyişikliklə miqrasiya orqanlarının işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvlərinin tibbi təminatı "Tibbi sığorta haqqında" qanuna uyğun olaraq həyata keçiriləcək.
Sənədin hazırkı varinatında isə qeyd olunub ki, miqrasiya orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Miqrasiya orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir.
Digər dəyişikliklə, miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinətin ödənilməsi ləğv olunur. Əsasnamənin 90-cı bəndində edilən dəyişikliklə, miqrasiya orqanlarının işçiləri hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.
Sənədin hazırkı varinatında bildirilib ki, iqrasiya orqanlarının işçilərinə hər il onların aylıq əmək haqqının ikiqat həcmində maddi yardım göstərilə bilər.
Dəyişikliklər 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Onlara verilən müavinət ləğv olunur
14
oktyabr
16:44

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat