Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Gədəbəy rayon Mərkəzi Xəstəxanasında prokurorluq yoxlamalara başlayıb.
Məlumat verən mənbə bildirir ki, prokurorluq işçiləri xəstəxanada adına maaş yazılan şəxslərin maaşı özlərinin alıb-almamasını araşdırırlar.
Bir yandan da xəstəxanın rəhbər şəxsləri qapı-qapı düşüb kart sahiblərindən xahiş edirlər ki, sizi izahat almağa çağırsalar deyin ki, özümüz işləmişik, pulu da özümüz alırıq.
Teref.az xəbər verir ki, sosial şəbəkədə paylaşılan bu statusda Gədəbəy rayonun xəstəxanasında baş verən özbaşınalıqlardan və xəstəxana üçün ayrılmış büdə pullarından söhbət gedir.
Halbuki, xəstəxanada adlarına maaş yazılıb işə çıxmayan şəxslər hansı şöbədə hansı ştat üzrə işlədiklərini bilmirlər.
Mənbə həmçinin bildirir ki, deyəsən bu araşdırma da prokurorluğun 2018- ci ildə Gədəbəy rayonunda apardığı yoxlama kimi biabırçı olacaq və milyonları talan etmiş şəxsin 30 manat cərimələnməsi ilə sona çatacaq. Bəli, o zaman Gədəbəyin icra başçısı Ramiz Yediyarova cinayət işi açılmışdı və onun rüşvət aldığı vətəndaşlar izahata çağrılırdı. Amma istintaqı aparanlar zərərçəkmişləri birbaşa yox, başçının müavini Rüstəm Nağıyevin vasitəsilə istintaqa çağırırdılar. Həmin şəxslərdən rüşvəti alıb R.Yediyarova ötürən elə Rüstəm Nağıyevin özü idi. R.Nağiyev isə həmin şəxsləri tam zərərsizləşdirməmiş istintaqa aparmırdı. Nəticədə həyətində adi toyuq hini tikən sakindən min manat rüşvət alan, işlədiyi 6 il ərzində rayonu talan edən Ramiz Yediyarov 30 manat cərimə ilə canını qurtardı. O zaman R.Yediyarovu bəladan "qazandığı" milyonlar qurtardı. İndi də tarix təkrarlanır. Xəstəxana rəhbərliyi milyonlar xərcləməli olacaq. Deyəcəksiniz haradan alacaq? Son bir ildə dövlət büdcəsindən Gədəbəy rayon Mərkəzi Xəstəxanasına 1 milyon manatdan çox pul ayrılıb. Bu barədə tender.gov.az saytında rəsmi məlumat da var. Lakin fotolardan da göründüyü kimi iki binadan ibarət olan xəstəxananın bir üzü təmirlidir, digər üzü uçub tökülür. 1 milyon manat xəstəxanaya xərclənməyib, ciblərə doldurulub.
Mənbə əlavə olaraq vurğulayır ki, 67 yaşlı xəstəxana müdiri Ramiz Pirverdiyev 65 yaş həddi ilə pensiyaya çıxmır. Onu rayon icra başçı İbrahim Mustafayev müdafiə edir. Bunun qarşılığında isə R.Pirverdiyev başçıya hər ay 5 min manat paket verir.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq! //teref.az//
Gədəbəydə nə baş verir? - İTTİHAM
14
sentyabr
10:57
Qarabağ
KOMMENTLƏR
Gədəbəydə 2,1 ton narkotik məhv edildi
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
Neftçilər xəstəxanasında Seyidbəyov, Yüzbaşı, Minbaşı.. -Neftçilər(in) xəstəxanasında neftçilərdən çox başqa xəstələr var
5 aydır maaş ala bilməyən işçilər aclıq elan etdilər – FOTOLAR
Nöqsana yol verən prokuror köməkçisi işdən qovuldu
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı