“Bakı Metropoliteni” gələn il sərnişinlərə təmassız ödəniş etmək imkanı yaratmağı planlaşdırır.
Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, artıq bunun üçün sınaq işləri aparılıb: "Hazırda texniki dizayn istiqamətində işlər sürətlə davam etdirilir. Sistem istifadəyə veriləndən sonra sərnişinlər "ağıllı" smart saatlardan, mobil cihazlardan, QR kodlardan, bank kartlarından istifadə etməklə ödəniş edə biləcəklər".
B. Məmmədov sistemin tətbiqində hər hansı tələskənliyin yolverilməz olduğunu xüsusi vurğulayıb:
"Nəzərə almaq lazımdır ki, metropoliten kütləvi sərnişindaşıma vasitəsidir. Ondan gündəlik istifadə edən sərnişinlərin sayı 700 mindən çoxdur. Müəyyən stansiyaların sərnişin axını kifayət qədər çox olduğundan təmassız ödənişlər xüsusi detallı öyrənilməlidir ki, istifadə müddətində hər hansı texniki problem yaşanmasın. Çünki burada digər nəqliyyat vasitələrindən fərqli olaraq istənilən cüzi axsama sərnişindaşıma prosesinə əhəmiyyətli drəcədə mane ola bilər. Buna görə proseslər tam öyrənildikdən və onun tətbiqinə əminlik yarandıqdan sonra sistem istifadəyə veriləcək".
Metroda yenilik: Sərnişinlər ödənişi “ağıllı“ cihazlarla edəcək
20
oktyabr
17:04
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı