Azərbaycan Turizm Assosiasiyası (AzTA) Şimal - Şərq, Şimal - Qərb, Qərb və Cənub regionlarında beş yeni nümayəndəliyini açıb.
Bu barədə “Report”a AzTA-dan məlumat verilib.
Məlumatda deyilir ki, yeni yaradılan nümayəndəliklər yerləşdikləri bölgələrdəki turizm potensialının daha da yaxşı öyrənilməsi və daxili turizmin inkişafı üçün yeni imkanların yaradılmasına xidmət edəcək. Turizm potensialının öyrənilməsi və təşviqi ilə yanaşı, AzTA yerli əhalinin mikro və kiçik sahibkarlıq fəaliyyətinə cəlb edilməsi ilə, regionlarda məşğulluq prosesinə də öz töhfəsini verəcək. Xüsusilə də kənd yaşıl turizmi və aqrar turizmin inkişafı üçün böyük imkanlar yaranacaq.
Bundan əlavə AzTA dünyanın 25 ölkəsində öz nümayəndəliklərinin fəaliyyətə başlaması haqqında da qərar qəbul edib. Nümayəndəliklər dünyanın müxtəlif ölkələrindəki turizm əlaqələrinin daha da genişləndirilməsi funksiyasını həyata keçirəcək. Həmçinin Azərbaycanın turizm potensialını həmin ölkələrdə təbliğ və təşviqini həyata keçirməklə gələcəkdə Azərbaycana daha çox turist cəlb etmək və gəlmə turizmini inkişaf etdirmək üçün səmərəli fəaliyyət təşkil olunacaq.
Azərbaycan Turizm Assosiasiyası 5 regionda yeni nümayəndəlik açıb
15
sentyabr
12:14
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı