Güney Azərbaycanın Qəzvin şəhərində etiraz aksiyası keçirən sayğac zavodunun işçilərindən ikisi saxlanılıb.
GAMOH İdarə heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, sentyabrın 12-də Qəzvin Məhkəmə İdarəsinin binası qarşısında keçirilən aksiyadan sonra həbs edilən işçilərin kimliyi və hazırda harada saxlandığı barədə heç bir məlumat yoxdur.
Aksiyada iştirak edən işçilər neçə aylıq maaşlarının ödənilməməsinə, eləcə də iş vəziyyətlərinin naməlum olmasına etiraz edərək zavodun özəlləşdirməsinə qarşı şüarlar səsləndiriblər.
Etirazçıların dediyinə görə, Koronavirus infeksiyasının yayılmasından sonra zavodun fəaliyyəti dayandırılıb. Bundan 5 ay keçməsinə baxmayaraq zavodun yenidən fəaliyyətə başlaması və işçilərin ödənilməmiş əmək haqlarının ödənilməsi ilə bağlı heç bir tədbir görülməyib.
Qəzvinin Kooperasiya, Əmək və Sosial Rifah idarəsinin direktoru Rza Gərusi “İLNA” xəbər agentliyinə verdiyi açıqlamada sayğac zavodu işçilərinin problemləri rəhbərlik etdiyi qurumu maraqlandırmadığını deyib.
“Sayğac zavodu işçilərinin zavodla əmək əlaqəsinin kəsildiyinə görə, onların problemlərini həll etmək əmək idarəsinin səlahiyyətində deyil,”- deyə Gərusi iddia edib.
Qeyd edək ki, sayğac zavodunun bəzi işçiləri 26 aydır ki maaş almırlar. İşçilərin sığorta haqqının tam ödənilmədiyinə görə, fəhlələrin işsizlik sığortası ilə təmin olunması da mümkün olmayıb.
Zavodun işçiləri ötən həftələrdə də Qəzvin Valiliyinin binası qarşısında etiraz aksiyası keçirmişdir. Onlar aksiyanın işlərini itirmə təhlükəsi və gecikən əmək haqları ilə əlaqədar olduğunu bildirmişdilər.
Güney Azərbaycanda etiraz aksiyası keçirən zavod fəhlələrindən ikisi saxlanılıb
15
sentyabr
13:23
Qarabağ
KOMMENTLƏR
Çilidə keçirilən etiraz aksiyaları zamanı 600-dən çox adam saxlanılıb
Təhsil Nazirliyinin qarşısında etiraz -Nazirliyə etiraz artıq aksiya ilə müşayət olunur
“İlon Mask, Lukaşenkonu Marsa apar!” - Belarus xalqının qeyri-adi istefa şüarı...
5 aydır maaş ala bilməyən işçilər aclıq elan etdilər – FOTOLAR
Vilyam Hacıyevin çökdürdüyü sahibkar DANIŞDI
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı