“Prezident İlham Əliyev 16 il bundan qabaq İranla bağlı mövqeyini bildirmişdi. Dövlətimizin başçısı heç vaxt icazə verməyib ki, bizim ölkəmizdən İrana qarşı plasdarm kimi istifadə edilsin”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidentinin mövqeyi bu gün də dəyişməyib, İran isə nankorluq edir: “Azərbaycanın siyasi rəhbəri İrana qarşı sanksiyalara heç zaman qoşulmayıb. Bəs bu gün İran tərəfindən atılan addımlar nədir? Bu davranış İranın özünün ideologiyasına da daban-dabana ziddir. İranın bugünkü davranışları ilə bağlı seçicilərimiz də bizimlə görüşdə öz etirazlarını bildirir”.
E. Nəsirov qeyd edib ki, Vaşinqton İrana qarşı prosesdə daim Azərbaycanın iştirakını istəsə də, Azərbaycan Prezidenti qətiyyətli şəkildə buna imkan vermir: “Heç bir üçüncü dövlətin bizim ərazimizdən istifadə edib qonşu İrana qarşı addımlarına icazə verməyəcəyik. Düz 16 il bundan qabaq bu mövqeyi Prezidentimiz bildirib, 16 il keçib, yenə eyni mövqedəyik. İranın ali siyasi rəhbərliyi bir daha bilsin ki, Azərbaycan İrana qarşı addımların qarşısının alınmasında mühüm rol oynayıb”.
Deputat: “İran nankorluq edir”
05
noyabr
12:33
Qarabağ
KOMMENTLƏR
"İran Xameneizmdən imtina etdi, bundan sonra..." - Açıqlama
Yaxşılığa yamanlıq və ya ermənipərəst molla rejiminə tarixi xatırlatma
İran Azərbaycanla sərhədini bağladı: Bu gündən etibarən...
İlham Əliyev İrana səfər edəcək
Azərbaycanla münasibətlərin korlanmasında bütün məsuliyyət İran rəhbərliyinin üzərinə düşür
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı