"Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları ərə verildiyi deyilən qızın yaşadığı ünvanı müəyyən edib. Polis əməkdaşları həmin ünvanda olub, qızla söhbət aparıblar".
Bu barədə "Unikal"a açıqlamasında DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov deyib.
"Qız elçilik mərasimi keçirildiyini təsdiqlədi və tezliklə nişan olacağını bildirdi. Valideynləri isə toyu qızın 18 yaşından sonra edəcəklərini qeyd ediblər. Bütün bunlara baxmayaraq hər iki tərəfin valideynləri Şəmkir RPŞ-nə dəvət olunub. Onlarla profilaktik söhbət aparılacaq və qanunun tələbləri valideynlərin nəzərinə çatdırılacaq", - deyə o bildirib.
***
12:02
Xəbər verdiyimiz kimi, Şəmkirdə yeniyetmə qızın ərə verilməsi ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov açıqlama verib:
"Məsələdən məlumatlıyıq. Hazırda araşdırma aparılır. Ətraflı məlumat veriləcək", - deyə o qeyd edib.
***
12:01
"Şəmkirdə 15 yaşı hələ yanvarda tamam olacaq qız 26 yaşlı əmisi oğluna ərə verilir".
Bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat yayıb.
Şəmkirdə 15 yaşlı qız əmisi oğluna ərə verilir - DİN-dən REAKSİYA (YENİLƏNİB)
15
noyabr
12:44
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı