Son dövrlər müzakirə olunan məsələlərdən biri icra hakimiyyətlərinin ləğv edilməsi məsələsidir. Digər məsələ isə Bakıdakı rayonların birləşdirilərək vahid mərkəzdən idarə edilməsidir.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Bakı şəhərinin inzibati ərazisinə aid olan bəzi rayonların birləşdirilməsi ilə bağlı əvvəllər də cəmiyyətdə müxtəlif fikirlər müzakirə predmeti olub:
"Ən real təşəbbüslərdən biri, cənab prezident tərəfindən səsləndirilmiş Bakının mərkəzi rayonunun yaradılmasıdır.
Düşünürəm ki, Səbail, Nəsimi, Yasamal, Nərimanov və qismən Xətai rayonlarının mərkəzi hissələrinin yeni sərhədlərini müəyyənləşdirməklə mərkəzi rayonu formalaşdırmaq mümkündür.
Bu şəhərin tarixi hissəsinin qorunması, tikinti-bərpa işlərinin aparılması, nəqliyyat-ekoloji problemlərin həlli, turizmin inkişafı baxımından əhəmiyyətli olardı.
Bələdiyyələrin səlahiyyətlərinin artırılmasına gəldikdə isə, burada müəyyən yerli spesifik xüsusiyyətləri saxlamaqla, dünya praktikasından istifadə etmək olar".
Deputat qeyd edib ki, kommunal-təsərrüfat xarakterli məsələlərin bələdiyyələrə həvalə olunmasını məqsədə uyğun hesab edir:
"Təbii ki, bu da mərhələli şəkildə həyata keçirilməlidir. Yerli özünü idarəetmə orqanlarını müasir standartlara uyğun inkişaf etdirə biləcək peşəkar bələdiyyə kadrlarının hazırlanmasına ehtiyac var. Ümumiyyətlə, yerli icra hakimiyyəti orqanlarında struktur islahatları davam etdirilməsi zamanın tələbidir".
Bakıda icra hakimiyyətləri ləğv edilir? - VİDEO
16
sentyabr
12:41
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı