Diqqətli oxuyucularımız xatırlayacaq ki, dünən səhifəmiz vasitəsilə TOPAZın sahibi olan şirkətin hal-hazırda dövlətin müəyyən etdiyi akkreditasiya qaydalarını necə pozduğunu diqqətə çatdırmışdıq.
Maraqlıdır ki, bu qaydaların icrasına nəzarət etməli olan dövlət qurumu yaxasını qırağa çəkməklə qalmır, eyni zamanda Caspiantech'i "müdafiə" etməyə çalışır.
Acınacaqlı olan hal da budur ki, səni bir qurum olaraq dövlət təsis etsin, sənsə illərlə "ələbaxım"lığa öyrəşdiyin şirkəti müdafiəni özünə borc biləsən.
Sfera.az olaraq ilk sualımızı ona görə açıq formada təkrarlayırıq:
"Hörmətli akkreditasiyadan məsul dövlət orqanı olan - Gənclər və İdman Nazirliyi!
Caspiantech MMC, Azərbaycan Respublikası İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 20 avqust, 2010-cu il QƏRARININ 3.1.2-ci maddəsinin tələblərinə cavab verirmi?
Konkret olaraq onun özünün vəya təsisçilərinin son 3 il ərzində neçə stasionar satıcı şəbəkəsi olmuşdur?
Bunun illərə olan bölgüsünü paylaşa bilərlərmi ictimaiyyətlə?
Digər müəmmalı məsələ isə Operativ Qərargahla bağlıdır.
Belə ki, Topaz agentlərinə məsələnin OQ ilə razılaşdırıldığını deyir, OQ'a bu səhər etdiyimiz zəngdə isə bildirilir ki, digər əyləncə sektoru obyektlərinə şamil olunan qadağa Topaz'a da aiddir, yəni fəaliyyətlərinə icazə verilmir.
Bu lap "Arşın mal alan"dakı məşhur "oxu, oxuma" məsələsi oldu. Bu binəvalar indi "oxusun" ya yox?
TOPAZ müəmması davam edir - Gənclər və İdman Nazirliyinə 3 sual!
16
sentyabr
14:29
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı