Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhlizin inkişafına əsas töhfələrdən biri olacaq.
Bu barədə Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.
Dövlətimizin başçısı deyib: “Əgər ölkələrin coğrafi yerləşməsini nəzərdən keçirsək, – Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzərin digər sahilində Azərbaycan, Gürcüstan və Türkiyə, - bu, əlavə imkanlar yaradır. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, bu gün ölkələrimiz arasında yüklərin tranziti artır. Bizdə olan məlumata görə, bu il həmin göstərici 70 faiz, gələn il isə bu rəqəm daha böyük ola bilər. Bütün bu yüklər Mərkəzi Asiyadan Transxəzər marşrutu üzrə Avropaya gedir”.
Prezident İlham Əliyevin sözlərinə görə, ikitərəfli ticarətin artırılması üçün yeni imkanlar mövcuddur. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Biz indi Türkiyə ilə gömrük rüsumlarından azad ediləcək malların adlarının siyahısının genişləndirilməsi və azad ticarət haqqında saziş üzərində işləyirik. Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi artıq 4 milyard dollardan çoxdur. Başqa ölkələrlə də eyni vəziyyəti görürük. Bir mühüm addım da var ki, digər aparıcı aktorlar da bu marşrutu etibarlı, təhlükəsiz və iqtisadi cəhətdən cəlbedici hesab edirlər”.
Azərbaycan Prezidentinin sözlərinə görə, tarif siyasətinin unifikasiyası, gömrük strukturlarının fəaliyyətinin əlaqələndirilməsi üzərində daha çox işləmək lazımdır ki, öz yüklərini haraya göndərmək barədə düşünən şirkətlər həm vaxta, həm də pula qənaət etmək üçün bu dəhlizdən istifadə etsinlər. Bunun üçün potensial var və biz düzgün istiqamətdə irəliləyirik”.
"Türkiyə ilə azad ticarət haqqında saziş üzərində işləyirik" - İlham Əliyev
25
noyabr
18:03
Qarabağ
KOMMENTLƏR
"Bu konfrans bizə qonşu dövlətlərlə ünsiyyətimizi daha yaxşı anlamağa imkan verəcək" - Prezident
"Azərbaycan Türkmənistanla təbii qaz ilə bağlı svop əməliyyatlarına başlayıb" - Prezident
Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev beynəlxalq tədbirdə
"İranda erməni dilində məktəblər var, lakin azərbaycandilli yoxdur" - İlham Əliyev
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı