Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda valyutanın Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən və gizli keçirmə cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə gedən sərnişin gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib, şifahi, yazılı, elektron formada bəyan etməyib.
Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri görünüb və təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub.
Yoxlama zamanı sərnişinin bel çantasının içərisində “Gəncə paxlavası” yazılan qutunun altından sellofan paketə bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş 105 min ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
“Gəncə paxlavası”ndan 105 min dollar çıxdı
17
sentyabr
15:15
Qarabağ
KOMMENTLƏR
Siqaretləri ehtiyat təkərinin içərisində keçirmək istədi
Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər müsadirə olundu
Ölkəyə qanunsuz yolla siqaret keçirmək istədi
Gömrük dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb
Ölkəyə gizli yolla 243 ədəd kosmetik vasitələr keçirmək istədi
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı