Müğənni Aysun İsmayılova ilk dəfə həyat yoldaşı Eşqin Cəlilovla ayrılığından danışıb.
Olay xəbər verir ki, bu barədə o, “Həyat tərzi” proqramında açıqlama verib.
Aysun deyib ki, hazırda Eşqinlə barışma prosesindədirlər:
“Bu haqda heç nə danışmıram. Əslində danışmağı sevmirəm, insanlar məni səmimi olduğum, nəyisə gizlətmədiyim üçün sevirlər. Bu müddət ərzində danışmadım, düşündüm ki, susmaq ən gözəl cavabdır. Onsuz da xırda nüanslarla hiss etdirmişdim, gizlətmirdim.
Hər ailədə olduğu kimi bizdə də problemlər oldu. Nəyi gizlədim?! Bunu hər kəs bilir. Məncə, elə söz-söhbətlərə burada nöqtə qoymaq lazımdır. Məhkəməyə qədər gedib çıxmışdıq, amma dayandıq. Çünki hərə bir söz danışır. Hər gənc ailədə ilk aylarda belə problemlər olurmuş.
Elə bilirdim ki, tək məndədir. Baxdım ki, hamıda belədir. Biz də o mərhələdən bir yerdə keçdik, ayrı-ayrı yox. Bir müddət bir-birimizə vaxt verdik, bir-iki ay ayrı qaldıq. Mən heç vaxt danışmadım, indi də barışıq gedir deyə, açıqladım”.
Aysun həmçimin anası Rəqsanə İsmayılovanın 5-ci dəfə ana olmağa hazırlaşmasından danışıb:
“Anama həmişə deyirəm ki, ikimizin də uşaqları yan-yana böyüyəcək, necə olacaq belə? Sonra söylədim ki, hamiləlikdə bir yerdə fotosessiya etdirək. Heç kimdə olmayıb. Deyir, yaxşı fikirdir. O, uşaq sevir. Hər il dünyaya körpə gətirər. Deyir, mən olmayanda həmişə bir yerdə olacaqsız, anasızlığı, atasızlığı hiss etmyəcəksiz. Deyirəm, siz başa düşmürsüz, bu yük mənim çiynimdə olacaq. O boyda uşağı necə böyüdəcəm? Təbii ki, zarafat edirəm, Allah heç bir ailəni valideynsiz etməsin”.
Rəqasanənin qızı: “Məhkəməyə qədər gedib çıxmışdıq”
30
noyabr
14:01

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat