"Xəzər dənizinin səviyyəsinin enməsi çox ciddi məsələlərdən biridir".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Ekspert saatı"nda deyib.
O bildirib ki, bunu kompleks araşdırmaq üçün Xəzəryanı ölkələrin mütəxəssisləri öz səylərini birləşdirməlidirlər:
"Xəzər çox unikal bir hövzədir. Çox təəssüf ki, bu günə qədər Xəzər dənizi ilə bağlı uzunmüddətli proqnozlar özünü doğrultmayıb. Dövri enmə və qalxmalar müşahidə olunur. Bu məsələ son zamanlar daha çox aktuallaşıb. Məqsədimiz ondan ibarətdir ki, Xəzəryanı 5 ölkə tərəfindən Xəzər dənizinin razılaşdırılmış səviyyə tərəddüdlərinə dair ümumi bir ssenari hazırlansın və həmin ssenariyə uyğun ölkələr uyğunlaşma proqramlarını təqdim etsin".
U.Tağıyeva qeyd edib ki, son 10 il ərzində Kürdən Xəzərə daxil olan suyun həcmi 51 faizə qədər azalıb:
"Təbii ki, bu, Xəzərin səviyyəsinə təsir edən amillərdən biridir. Amma digər amil temperaturun yüksəlməsi nəticəsində buxarlanmanın artmasıdır".
Xəzər dənizi ilə bağlı proqnozlar özünü doğrultmayıb - ETSN
02
dekabr
17:29
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı